Bakıda evdən 12 minlik qızıl oğurlanıb
Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən evlərdən birindən dəyəri 12 min manat olan qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Allahverdi Ələkbərzadə və Kamil Qaraxanov tutulublar.
DİN-dən daxil olan xəbərə görə, saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onların Ramana qəsəbəsi və Şuşa şəhərciyində yerləşən daha 3 fərdi yaşayış evindən oğurluq etdikləri məlum olub.
A.Ələkbərzadə və K.Qaraxanov oğurladıqları qızıl-zinət əşyalarını metronun “Gənclik” və “Neftçilər” stansiyalarının yaxınlığında yerləşən qızıl qəbulu məntəqələrinə 4500 manata satıblar.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?