Bakıda evakuator qəzaya səbəb oldu: ölən var - VİDEO
Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində bir nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən qəzanın videosu yayılıb.
Videodan görünür ki, hadisə evakuatorun sürücüsünün əks yola çıxması səbəbindən baş verib.
Belə ki, 90 NF 513 dövlət qeydiyyat nişanlı "Mersedes" markalı avtomobil öz zolağı ilə hərəkətdə olarkən "188" evakuator xidmətinə məxsus 90 JZ 887 dövlət qeydiyyat nişanlı MAN markalı yük maşını yol nişanının tələbini pozaraq qəfil dönmə əməliyyatını yerinə yetirərək "Mersedes"in yoluna çıxıb. Nəticədə "Mersedes" evakuatorun arxa hissəsinə çırpılıb.
Qəza zamanı "Mersedes"də olan 22 yaşlı Cəfərova Ramilə Ramiz qızı hadisə yerində dünyasını dəyişib. 4 nəfər isə ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hazırda onlar koma vəziyyətində xəstəxanın reanimasiya şöbəsindədir.
Qeyd edək ki, hadisə sentyabrın 6-da baş verib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?