Məşhur ekstrasensi it dişlədi — Zirəddin Rzayev xəstəxanalıq oldu
Rusiyada yaşayan ekstrasens Zirəddin Rzayevə it hücum edib.
Rzayev Moskva xəstəxanalarından birinə yerləşdirilib.
Evinin yaxınlığında iti ilə gəzən ekstrasensə heyvan hücum edib. İt Rzayevi güclü dişləyib. Onun əlində və ayağında dərin yaralar var. Ekstrasens dərhal təcili yardıma müraciət edib. Ekstrasensin yaraları tikilib və iynə vurulub.
Rzayev itin sahibini məhkəməyə verməyə hazırlaşır. Çünki it xaltasız və ağızlıqsız olub.
Zirəddin baş verənləri belə anladıb: "Qonşumun iti məni dişlədi. Bu it xaltasız və ağızlıqsız gəzir. Rotveyler cinsindən olan itimlə gəzirdim. Qonşuluqdakı küçə itləri rotveylerimə hücum etdilər. Onlar mənim əlimi və ayağımı dişlədilər. Yaralarıma tikiş qoyublar. İtim də xəsarət alıb. Qonşumu məhkəməyə verəcəm".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?