XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Goranboyda iki maşın toqquşdu - Yaralılar var

Goranboyda iki maşın toqquşdu - Yaralılar var

Goranboyda iki maşın toqquşdu - Yaralılar var
31-05-2026, 12:00

 Goranboy rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.
Hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində  2001-ci il təvəllüdlü İsmayıl Namazov, 1965-ci il təvəllüdlü Suruş Məmmədova və 1962-ci il təvəllüdlü Sarif Məmmədov müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Qəza yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.