Türkiyədə avtobus yanıb kül oldu - 8 ölü, 33 yaralı
Türkiyənin Denizli vilayətinin Sarayköy rayonunda sərnişin avtobusunun yol kənarındakı baryerlərə çırpılaraq alovlanması nəticəsində 8 nəfər həyatını itirib, 33 nəfər yaralanıb.
Mustafa Fevzi Merdunun idarə etdiyi sərnişin avtobusu Denizli-Aydın avtomobil yolunun Tırkaz məhəlləsi yaxınlığında idarəetmədən çıxaraq baryerlərə çırpılıb.
Toqquşmadan dərhal sonra avtobusda yanğın baş verib.
Hadisə yerinə çoxsaylı təcili tibbi yardım, Fövqəladə Halların və Təbii Fəlakətlərin İdarə Edilməsi İdarəsi (AFAD), Milli Tibbi Xilasetmə Qrupu(UMKE), polis, jandarma və yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülsə də, qəza nəticəsində sürücü Mustafa Fevzi Merdun və sərnişinlər Merve Erik, Fatma Kartal, Gülitay Boğa, Zehra Eyiol, Hayriye Arıkan, Civan Şen və onun 9 aylıq oğlu Eyip Miraç Şen həlak olublar.
Qəza zamanı müxtəlif dərəcəli xəsarətlər alan 33 nəfər təcili yardım avtomobilləri ilə ətraf xəstəxanalara çatdırılıb.
İzmir şəhərindən Antalya istiqamətində hərəkət edən avtobusda ümumilikdə 38 sərnişin və 3 ekipaj üzvünün olduğu bildirilib.
Həlak olanların meyitləri ekspertiza aparılması üçün Məhkəmə Tibb İnstitutunun Denizli bölməsinə göndərilib.
Qəza səbəbindən Denizli istiqamətində avtomobil yolunda hərəkət təxminən dörd saat məhdudlaşdırılıb. Qəzaya düşən avtobusun ərazidən çıxarılmasından sonra yol yenidən nəqliyyatın istifadəsinə verilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub