Borca görə adamı bir sutka göydə saxladılar - Sumqayıtda
Sumqayıtda kuryoz hadisə baş verib. Sosial şəbəkə istifadəçisi Sahib Fərzəliyev ictimaiyyətin böyük marağına səbəb olan status paylaşıb. O, canlı şahidi olduğu hadisəni bölüşüb. Bildirib ki, borca görə Sumqayıtda bir nəfər bir sutka boyunca yükqaldıranın zənbilində saxlanıb. Həmin statusu sizə təqdim edirik:
“Bu hadisə avqust ayında, hərarətin 42-43 C dərəcəyə çatdığı bir vaxtda olub. Bizim məhəlləyə yaxın bir ərazidə, zənbildə yükqaldıran avtomobillər durur. Bir gün, şəkildə gördüyünüz avtomobilin ətrafında çoxlu adam toplaşdığı üçün oraya yaxınlaşdım və gördüm ki, avtoqaldırıcının zənbilində bir insan göyə qaldırılıb. Səbəbini soruşduqda isə dedilər ki, o zənbildəki adamın bu sürücüyə borcu var, vermədiyi üçün onu qaldırıb ora və deyib ki, zəng elə pulumu gətirsinlər,sonra düşürüm, çıx get. Mən günorta oradan keçəndə gördüm kü, o zavallı göydə, yaxınları isə ətrafındadır. Soruşdum nə oldu borcu, qaytarmadı? Dedilər ki, yox, sürücüyə zəng çatmır. Axşam maraq üçün bir də baş çəkdim, lakin vəziyyət dəyişməmişdi. Yenə sürücüyə zəng çatmır. Tezdən duran kimi getdim ki, görüm yazıq gecəni necə keçirib. Amma nə adam, nə də ki, maşın yox idi. Soruşdum ki, bu necə oldu? Sübh tezdən sürücü gəlib və deyibmiş ki, ə ........ Mən 30 manatın acı deyiləm, hamıya göstərmək istəyirdim ki sən ....... Çıx get, bir də belə iş görmə".
Qeyd edək ki, hadisə şəhərin 48-ci məhəlləsində yük avtomobillərinin saxlandığı ərazidə baş verib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?