Avtobus qəza törətdi, yol polisləri yaxın gəlmədi – Bakıda - VİDEO
Qəza törədən avtobus sürücüsünə göz yuman YP-350 və YP-352-dir
Bakıda intizamsızlıq edən avtobus sürücüsünün və ona göz yuman YPX əməkdaşlarının görüntüləri əməkdaşımızın kamerasına düşüb. Əməkdaşımız sentyabrın 3-də idarə etdiyi avtomobillə Moskva prospektində (Şamaxinkada) sol zolaqla hərəkətdə olan zaman sağ zolaqdan sol zolağa düzgün yerdəyişmə etməyən 10-TH-015 qeydiyyat nişanlı marşrut avtobusu ilə toqquşub. Həmin ərazidə xidmət aparan YPX inspektorlarına yaxınlaşan əməkdaşımız avtobus sürücüsünün saxladılmasını xahiş edib. Bundan sonra polis zabiti avtobus sürücüsünə “saxla” əmri verib. Lakin sürücüyə heç kim yaxınlaşmayıb. Polisin bu cür xoşagəlməz əməlindən sui-istifadə edən avtobus sürücüsü isə hadisə yerini tərk edərək ərazidən uzaqlaşıb.
Daha sonra əməkdaşımız polislərə yaxınlaşaraq avtobus sürücüsünün qaçdığını bildirəndə polislər "başımız içkili sürücüyə qarışıb" deyərək onu yola veriblər.
Qeyd edək ki, həmin ərazidə həm 99-YP-350, həm də 99-YP-352 qeydiyyat nişanlı patrul avtomobilləri və hər avtomobildə iki ekipaj olmaqla xidmət aparırdılar. Sual yaranır ki, dörd inspektordan biri avtobus sürücüsünə yaxınlaşa bilməzdi? Və ya, avtobus sürücüsü barədə həm hadisə yerini tərk etdiyinə görə, həm də polisin qanuni tələbini yerinə yetirmədiyinə görə inspektorlar raport tərtib edə bilməzdi?
Axı bu cür intizamsız, yollarda qəza törədən avtobus sürücülərinə belə yanaşanda onlar daha da azğınlaşırlar.
Avtosfer.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?