XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » “Neolit”də qanlı gecə - “Paltarı cırıq-cırıq idi...”

“Neolit”də qanlı gecə - “Paltarı cırıq-cırıq idi...”

“Neolit”də qanlı gecə - “Paltarı cırıq-cırıq idi...”
31-08-2017, 15:36

Ötən gün “Neolit” restoranında baş tutan kütləvi davanın təfərrüatı məlum olub. Şahidlərin verdiyi məlumata görə, özəl və xoş günlərini keçirmək üçün restorana təşrif buyuran qonaqlar qorxulu anlar yaşayıb.

Belə ki, olay saat 22:00 radələrində müğənni İzzət Bağırov çıxış edən zaman baş verib. İ. Bağırov açıqlamasında davanın onunla bağlı olmadığını bildirsə də, şahidlər bunun əksini deyib.

Hadisəyə səbəb Novruz Aslanovun qonaqlarından biri operatordan müğənnini yox, başqa yeri çəkməsini istəməsi olub.

Bağırov isə “Sənətkara hörmətsizlik edirsiz” deyərək səhnəni tərk edib. Və dava da bundan sonra başlayıb. İnsident nəticəsində ata Novruz Aslanlı və oğlu Vüsal Aslanlı yaralanıb.

Qonaqları isə daha çox restoranın mühafizə xidmətinin zəif olması narahat edib:

"Necə ola bilər ki, Bakının ən məşhur məkanında bu hadisə baş versin və insanların həyatına belə laqeydlik göstərilsin. Biz ora əylənməyə, sevinməyə getmişdik. Bir də gördük bıçaqla bir nəfər gəzir. Neçə nəfərin ürəyi getdi. Universitetə girən oğlanın (Vüsal Aslanlı) paltarı cırıq-cırıq idi".

Belə ciddi hadisənin baş verməsinə baxmayaraq nə Daxili İşlər Nazirliyi. nə də restoran söz çüləri hadisə ilə bağlı məlumat yayıb.

“Qafqazinfo”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.