SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Neolit restoranında müştərilər İzzət Bağırovun cangüdənləri tərəfindən döyülüb... - FOTO/VİDEO

Neolit restoranında müştərilər İzzət Bağırovun cangüdənləri tərəfindən döyülüb... - FOTO/VİDEO

Tarix:

5-09-2017, 09:46

/ 59 735 dəfə oxundu.
Neolit restoranında müştərilər İzzət Bağırovun cangüdənləri tərəfindən döyülüb... - FOTO/VİDEO

İzzət bağırov niyə etdiyi əmələ görə məsuliyyətə cəlb edilmir? SƏnətkardır deyən hər qarşısına gələni təhqir edib döydürməkmi ixtiyarına malikdir...?

“Neolit” restoranında baş verən olayın acı nəticələri ilə bağlı mediaya müraciət edən Novruz Aslanov, İzzət Bağırovun qoçu dəstəsinə qarşı hüquq mühafizə orqanlarından yardım istəyir. Belə ki, 30 avqust 2017-ci il tarixində “Neolit” şadlıq sarayında masa sifariş verən Novruz Aslanov ailə üzvləri ilə bacı və qardaşının övladlarının yüksək bal toplayaraq universitetə qəbul olması münasibəti ilə tədbir təşkil edib. Hadisə baş verən gün İzzət Bağırov səhnədə çıxış edirmiş və ailə üzvləri ilə əylənməyə gələn Aslanlı ailəsi özləri ilə gətirdikləri kamera vasitəsi ilə şad günlərini lentə aldıqlarını qeyd edib. Kameranın çəkilişin isə qardaşı oğlu etdiyndən səhnəni çəkdiyi zaman N.Aslanov ailəni lentə almasını deyib. Bu zaman isə söz sənətçinin xətrinə dəydiyindən İ.Bağırov, N.Aslanov ailəsini “Tərbiyəsiz” adlandıraraq səhnəni tərk edib. Bu sözü eşıdən gənc operator İ.Bağırovun arxasınca gedərək onun işlətdiyi sözü nəyə görə etdiyini sual edib. Bu zaman isə məsələyə İ.Bağırovun cangüdənləri müdaxilə edərək, N.Aslanov və ailə üzvlərinə ağır bədən xəsarətləri yetirərək xəstəxanalıq ediblər. Mübahisə yaranan zaman İzzət Bağırovun mühafizəçiləri Elməddin Aslanov və Asif Nəbiyev 5 barmaq adlanan küt alletlə vurulub. Bundan sonra mübahisə böyüyüb. Zərər çəkən vətəndaşın qeyd etdiyinə görə, bu günə kimi İzzət bağırov onları adamlar göndərərək hədələyir və onların şikayətçi olmaması üçün əlindən gələni edir. Əlindən gələn isə sadə vətəndaşları cangüdənlərinə döydürmək və ağır bədən xəsarətləri yetirməkdən ibarətdir.
Məsələnin əsas maraqlı məqamı isə NEOLİT restoran sahibinin mühafzə orqanlarına niyə məlumat verməməsidir ki, buda İzzət Bağırovun onlar üçün dəyərli vətəndaşın isə heç bir dəyərinin olmamasına işarə edir.
Məsələ ilə bağlı araşdırmamız davam edir..
Qarşı tərəfi dinləyib mövqeyin dərc etməyə hazırıq.

Neolit restoranında müştərilər İzzət Bağırovun cangüdənləri tərəfindən döyülüb... - FOTO/VİDEO
Neolit restoranında müştərilər İzzət Bağırovun cangüdənləri tərəfindən döyülüb... - FOTO/VİDEO
Neolit restoranında müştərilər İzzət Bağırovun cangüdənləri tərəfindən döyülüb... - FOTO/VİDEO

Şərhlər

XƏBƏR LENTİ