XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Dəhşətli qəzada ölənlərin ikisi qardaşdır

Dəhşətli qəzada ölənlərin ikisi qardaşdır

Dəhşətli qəzada ölənlərin ikisi qardaşdır
7-12-2025, 12:00

Xəbər verdiyimiz kimi, Biləsuvarda “Lexus” markalı minik avtomobilinin idarəetmədən çıxaraq kanala aşması nəticəsində 5 ölüb.
Hadisə nəticəsində ölənlərin kimliyi məlum olub.
Belə ki, qəza zamanı sərnişinlər 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli, 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə hadisə yerində, 2003-cü il təvəllüdlü sürücü Vasif Həsənli isə aparıldığı xəstəxanada vəfat edib.
Məlumata görə, Rusif və Vasif Həsənli qardaşdır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.