Polis Xankəndidə əməliyyat keçirdi - Saxlanılanlar var
DİN əməkdaşları qanunsuz odlu silah-sursatın əldə edilməsi, saxlanılması və gəzdirilməsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər.
Xankəndi ŞPŞ tərəfindən Bərdə rayon sakini 1973-cü il təvəllüdlü Azər Qəhrəmanovun şəhər ərazisində yerləşən nəzarət-buraxılış məntəqəsindən odlu silah-sursat keçirməyə cəhd göstərməsi müəyyən olunub.
Buraxılış postunda təhlükəsizlik məqsədilə nəqliyyat vasitəsinə baxış keçirilən zaman “Mercedes” markalı avtomobildə sərnişin qismində olan A.Qəhrəmanovdan 1 ədəd “AK” markalı avtomat silah və 30 ədəd patron aşkarlanaraq götürülüb.
O, sursatı polis əməkdaşlarının diqqətindən yayındırmaq üçün hissələrə bölərək müxtəlif geyim dəstlərinin arasında gizlədib.
Araşdırmalar zamanı A.Qəhrəmanovun odlu silah-sursatı Xankəndidə yerləşən restoranların birində çalışan 1959-cu il təvəllüdlü qayınatası Nazim Həsənov və 1997-ci il təvəllüdlü qaynı Murad Həsənovdan əldə etdiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən şəhər ərazisində davam etdirilən növbəti tədbirlərlə həmin şəxslərin işlədikləri restorandan əlavə 1 ədəd “AK” markalı avtomat silah, 2 ədəd “Makarov” markalı tapança və 30 ədəd patron aşkarlanaraq götürülüb.
N.Həsənov və M.Həsənov ifadələrində qanunsuz saxladıqları odlu silah-sursatı satış məqsədilə gizlətdiklərini bildiriblər.
Tədbirlərin davamı olaraq A.Qəhrəmanovun daha əvvəl M.Həsənovla birlikdə odlu silahı satdığı şəxs Zaur Rəsulov Qəbələ rayonunda müəyyən edilərək saxlanılıb.
Onun yaşadığı evdən və həyətyanı sahədə gizlətdiyi 1 ədəd atəşə yararlı “CZ” markalı tapança və 13 ədəd patron aşkar edilərək götürülüb.
Bundan başqa, A.Qəhrəmanovun Bərdə şəhərində yerləşən evinə baxış zamanı 1 ədəd pnevmatik tapança da aşkarlanıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır