“Torqoviy” da klubda 16 yaşlı qız sevgilisini biça*ladı
Bakıda gecə klubunda dava düşüb.
Məlumata görə, hadisə paytaxtın Səbail rayonu, Xəqani küçəsində yerləşən gecə klubunda baş verib . 2009-cu il təvəllüdlü Mələk Həsənova (adı və soyadı şərtidir) Elnur adlı oğlanla sevgili olub. Elnur bir müddətdən sonra Mələkdən ayrılıb və Mələk Həsən adlı başqa oğlanla sevgili olmağa başlayıb.
Bir müddət öncə Mələk rəfiqəsi ilə gecə klubunda olarkən, Elnur da ora gəlib və Mələyə yaxınlaşıb nəsə deyib. Mələk gecə klubunda yüksək musiqi səsindən onun danışığını eşitməyib və Elnuru küçəyə çağırıb. Onlar küçəyə çıxarkən Mələyin sevgilisi Həsən onlarla rastlaşıb və məsələni aydınlaşdırmaq istəyib.
Nəticədə Elnurla Həsən arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Elnur Həsəni yerə yıxaraq ona yumruq və təpik zərbələri endirib. Bunu görən Mələk üzərində gəzdirdiyi bıçaqla Elnuru vurub.
Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb, Mələk Həsənova saxlanılıb.
Səbail Rayon Məhkəməsinin hökmü ilə Mələk Həsənova 3 il azadlıqdan məhrum edilib.
Məhkəmə yeniyetmə olmasını nəzərə alaraq, ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və cəzanı şərti hesab edib.Oxu.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır