Sevdiyi qızı qaçırtdı: özü də həbs edildi, dostu da
Bakıda sevdiyi qızı qaçıran gənc oğlana və ona kömək edən dostuna hökm oxunub.
Hadisə bu ilin yanvar ayında paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
24 yaşlı F.Abdullayev sevgilisini görüşə çağırıb və əvvəlcədən icarəyə götürdükləri maşına mindirərək başqa yerə aparmaq istəyib. Avtomobili onun yaxın dostu idarə edib.
Qadın qaçırıldığını hiss edən zaman səs-küy salıb və maşından düşmək istəsə də, buna imkan verilməyib. Sonda polis əməkdaşlarının müdaxiləsi ilə o, xilas edilib.
F.Abdullayev özünü təqsirli bilməyib, azad olunduqdan sonra sevgilisi ilə ailə qurmağı planlaşdırdığını deyib. Onun dostu Ülvi də özünü təqsirli bilməyib.
Məhkəmə qərarı ilə qadını qaçırmağa çalışan şəxslərdən biri 8 il, digəri isə 6 il həbs cəzası alıb.
F.Abdullayev Cinayət Məcəlləsinin 29,144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 8 il həbs verilib. Onun dostu isə eyni maddələrlə 6 il, 9 ay azadlıqdan məhrum edilib.(Modern)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır