Hərbi Prokurorluqda yenilik
Prokurorluq orqanlarının fəaliyyətində operativliyin təmin edilməsi, vətəndaşların məmnunluq səviyyəsinin yüksəldilməsi istiqamətində mütəmadi olaraq işlər görülməkdədir.
Həyata keçirilən tədbirlərin davamı kimi Baş prokurorun tapşırıq və tövsiyələri əsasında Hərbi prokurorun təşəbbüsü və rəhbərliyi ilə Hərbi Prokurorluqda həyata keçirilən köklü və intensiv islahatlar çərçivəsində, Silahlı Qüvvələrdə korrupsiyaya qarşı mübarizə və ona şərait yaradan halların aradan qaldırılması, şəffaflığın artırılması, hərbi qulluqçular və onların ailə üzvləri ilə Hərbi Prokurorluq arasındakı etimadın möhkəmləndirilməsi, cinayətkarlığa və digər qanun pozuntularına qarşı tədbirlərin çevikliyini, vətəndaşların hüquqlarının daha etibarlı müdafiəsini, eləcə də müraciət imkanının asanlaşdırılmasını, bir sözlə, istənilən neqativ halın və ağır nəticənin vaxtında qarşısının alınmasını təmin etmək məqsədi ilə "962" Etimad xətti yaradılmışdır.
Vurğulanmalıdır ki, aşkarlığın, əlçatanlığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə səs yazılarının qeydə alınacağı və fasiləsiz olaraq fəaliyyət göstərəcək Xəttə müraciətlərin qeydə alınması və cavablandırılması respublikanın istənilən regionundan stasionar telefonlar, eləcə də mobil operatorlar vasitəsilə ödənişsiz həyata keçiriləcəkdir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır