Kürdəmirdə yenə kütləvi zəhərlənmə olub - ADLAR - YENİLƏNİB
Kürdəmirdə evdə zəhərlənərək xəstəxanaya gətirilən şəxslər evə buraxılıb.
Bu barədə “Report”un Yuxarı Şirvan bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, iyulun 23-ü saat 02:40 radələrində zəhərlənmə şübhəsilə 8 nəfər (4-ü kişi, 4-ü qadın olmaqla) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub.
Məlumata görə, pasiyentlərin hər birinə zəruri tibbi yardım göstəriib və ambulator müalicə üçün evə buraxılıblar.
***
Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib.
"Report"a istinadən xəbər verir ki, hadisə rayonun Cəyli kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri qohumlarla birgə evdə yemək yedikdən sonra qəfildən onların halı pisləşib. Ümumilikdə 8 nəfər zəhərlənib. Onlardan ikisi uşaqdır.
Onlar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir rayon mərkəzi xəstəxanasına çatdırıblar.
Hər bir şəxsə ilkin tibbi yardım göstərilib.
Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirir.
Zəhərlənən şəxslərin adları:
2020 təvəllüdlü Xəlilov Əli Coşqun oğlu
2013-cü il təvəllüdlü Xəlilov Ömər Coşqun oğlu
1986-cı il təvəllüdlü Şükürova Asudə Əşrəf qızı
1997-ci il təvəllüdlü Şükürov Famil Habil oğlu
1974-cü il təvəllüdlü Şükürova Şamama Əjdər qızı
2008-ci il təvəllüdlü Şükürova Şəbnəm Qabil qızı
1994-cü il təvəllüdlü Şükürova Şəlalə Habil qızı
1977-ci il təvəllüdlü Şükürov Qabil İsgəndər oğludur.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır