Azərbaycanda həbs edilən FETÖ üzvünə - Bu cəza verildi
2023-cü ilin iyul ayında Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyatlar çərçivəsində saxlanılan 1994-cü il təvəllüdlü İlkin Həşimliyə hökm oxunub.
Binəqədi Rayon Məhkəməsi İlkini Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) və 167-ci (dinə etiqad etməyə məcbur etmə) maddələri ilə təqsirli bilib.
Ona 5 il 3 ay həbs cəzası verilib.
Bildirilib ki, İlkin Həşimli həmin vaxt polis əməkdaşları tərəfindən Oğuz rayonu ərazisində saxlanılıb. Onun avtomobilindən və evindən 20 ədəd saxta 100 dollarlıq əskinaslar, FETÖ terror təşkilatının bir müddət öncə vəfat etmiş lideri Fətullah Gülənin “Bahar neşidesi”, “Hakka adanmışlar yolu: Çağ ve nesil - 10”, “Hüzmeler ve iktibaslar”, “İla-yi kelimetullah ve ya cihad”, “Kirik testi” kitablarının PDF formatının əks olunduğu fləşkart və digər çap nümunələri və təbliğat vasitələri götürülüb.
Qeyd edək ki, əməliyyatlar çərçivəsində FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olduğu iddia edilən Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyev də saxlanılıb. Onların barələrindəki işlər də məhkəmələrə göndərilib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır