XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Bakı-Sumqayıt yolundakı yanğın söndürülüb - YENİLƏNİB

Bakı-Sumqayıt yolundakı yanğın söndürülüb - YENİLƏNİB

Bakı-Sumqayıt yolundakı yanğın söndürülüb - YENİLƏNİB
10-09-2024, 15:21

 
Bakı-Sumqayıt yolunda baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı-Sumqayıt yolunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

"Yanğınsöndürənlərin müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb", - məlumatda qeyd olunub.

***

Bakı-Sumqayıt magistralında yolkənarı sahədə yanğın başlayıb.

Hadisə yolun Ceyranbatan su anbarının yaxınlığından keçən hissəsində, açıq ərazidə baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.