Bir ailədən 3 nəfərin öldüyü hadisənin - Təfərrüatı
Xəbər verdiyimiz kimi, avqustun 10-na keçən gecə Zərdab rayonu ərazisində 3 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
“Qafqazinfo”nun məlumatına görə, qəzada həyatını itirən şəxslərdən 13 yaşlı Xədicə Eyvazlı Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin VII-ci sinif şagirdi imiş. Onunla birgə yaxın qohumu olan 2000-ci il təvəllüdlü Ayşən Quliyeva və onun 3 yaşlı qızı Mədinə də aldıqları xəsarətlərdən vəfat edib.
Bildirilir ki, avtomobildəkilərin hamısı bir ailənin üzvü və yaxın qohumlar olub. Onlar Ağcabədidən Bakıya A.Quliyevanı və 3 yaşlı qızını xəstəxanada müayinə etdirmək üçün gəlibmiş. Hadisə də rayona qayıdarkən baş verib.
Fotoda Xədicə Eyvazlı

Qeyd edək ki, 1986-cı il təvəllüdlü Quliyev Niyaməddin Eyvaz oğlunun idarə etdiyi “VGV U75 Plus” markalı 77-YE-816 dövlət qeydiyyat nişanlı avtomobil Kürdəmir-Zərdab yolunda aşıb. Nəticədə sürücünün qızı 2011-ci il təvəllüdlü Xədicə Eyvazlı, onun yaxın qohumu 2000-ci il təvəllüdlü Ayşən Quliyeva və A.Quliyevanın qızı 2021-ci il təvəllüdlü Mədinə vəfat edib.
Sürücü və digər sərnişinləri: qızı Həcər və Raya, eləcə də 1980-ci il təvəllüdlü İlqar Quliyev, 1989-cu il təvəllüdlü Tünzalə Quliyeva, 2012-ci il təvəllüdlü Lalə Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanıb.

XalqXeber.Az

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var