Üzdəki ləkələri aparan CƏFƏRİ MASKASI
Hər kəsin dərisində zaman-zaman ləkələr yarana bilər. Bu ləkələrdən qurtulmaq üçün xanımlar bir çox vasitələrdən istifadə edirlər. Bu vasitələrdən biri də cəfəridir. Cəfəri tərkibindəki C vitamini sayəsində ləkələrini aparmaqla yanaşı, dərini günəş ləkələrinə qarşı da qorumağa kömək edir. Cəfəri ilə hazırlanan iki maskanı təqdim edirik.
1-ci MASKA
- 1 dəstə cəfəri
- 2 stəkan qaynamış su
- Yarım stəkan süd
Bir qazana 2 stəkan su töküb qaynadın. İçinə cəfərini saplarından ayıraraq atın və 5 dəqiqə qaynadın. Təxminən 10 dəqiqə dəmləndikdən sonra süzün və süd əlavə edərək qarışdırın. Soyuyandan sonra pambıqla üzünə sürtün.
2-ci MASKA
- 1 dəstə cəfəri
- 1 çay qaşığı təzə limon suyu
- 2 çay qaşığı bal
Cəfərini bir müddət suda saxlayın. Sonra saplarından ayırın və yarpaqlarını bıçaqla xırda-xırda doğrayın. Doğradığınız cəfərini həvəngdəstədə tam əzilənə döyün. İçinə bal və limon suyunu əlavə edərək yaxşıca qarışdırın. Göz ətrafını çıxmaq şərtilə üzünüzə çəkin.
10-15 dəqiqə dəriniz tərəfindən əmilməsini gözləyin. Sonra ilıq suyla durulayın. Bu maskanı həftədə bir dəfə tətbiq edin.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır