Üzdəki ləkələri aparan CƏFƏRİ MASKASI

Üzdəki ləkələri aparan CƏFƏRİ MASKASI Hər kəsin dərisində zaman-zaman ləkələr yarana bilər. Bu ləkələrdən qurtulmaq üçün xanımlar bir çox vasitələrdən istifadə edirlər. Bu vasitələrdən biri də cəfəridir. Cəfəri tərkibindəki C vitamini sayəsində ləkələrini aparmaqla yanaşı, dərini günəş ləkələrinə qarşı da qorumağa kömək edir. Cəfəri ilə hazırlanan iki maskanı təqdim edirik.

1-ci MASKA

- 1 dəstə cəfəri
- 2 stəkan qaynamış su
- Yarım stəkan süd

Bir qazana 2 stəkan su töküb qaynadın. İçinə cəfərini saplarından ayıraraq atın və 5 dəqiqə qaynadın. Təxminən 10 dəqiqə dəmləndikdən sonra süzün və süd əlavə edərək qarışdırın. Soyuyandan sonra pambıqla üzünə sürtün.

2-ci MASKA

- 1 dəstə cəfəri
- 1 çay qaşığı təzə limon suyu
- 2 çay qaşığı bal

Cəfərini bir müddət suda saxlayın. Sonra saplarından ayırın və yarpaqlarını bıçaqla xırda-xırda doğrayın. Doğradığınız cəfərini həvəngdəstədə tam əzilənə döyün. İçinə bal və limon suyunu əlavə edərək yaxşıca qarışdırın. Göz ətrafını çıxmaq şərtilə üzünüzə çəkin.

10-15 dəqiqə dəriniz tərəfindən əmilməsini gözləyin. Sonra ilıq suyla durulayın. Bu maskanı həftədə bir dəfə tətbiq edin.
Geri qayıt