Xərçəng xəstələri üçün xüsusi qidalanma
Xərçəng xəstələrinin müalicə prosesində düzgün qidalanma planının tətbiq edilməsi, onların özlərini daha yaxşı hiss etmələrini və yan təsirlərə qarşı daha dözümlü olmalarını təmin edir. Kimyaterapiyadan sonra ağızda yaranan pis dada qarşı ağızı yeməkdən əvvəl soda qarışığı ilə yuyula bilər. Ağızda acı və metal dadı şəkərsiz, limonlu və nanəli saqqız çeynəyərək aradan apara bilərsiniz. Metal çəngəl-bıçaq əvəzinə plastik vasitələrdən istifadə etməklə ürək bulanmasını azalda bilərsiniz.
Müalicə alan insanın qida qəbulunun yaxından müşahidə edilməsi, həkiminin də məlumatı əsasında xüsusi dəstək qida məhsullarının istifadə edilməsi mühüm əhəmiyyət daşıyır.
Kimyaterapiya əsnasında və sonrasında, kafi və balanslı qidalanma planı tətbiq etmək və qida müxtəlifliyinə diqqət etmək çox mühümdür. Gündə ən az beş pay hər rəngdən tərəvəz və meyvələrdən istehlak etməyə diqqət göstərilməlidir. Məsələn tünd yaşıl yarpaqlı tərəvəzlər və sarı tərəvəzləri istehlak etmək vacibdir. Fərqli rənglərdə tərəvəz və meyvələr sağlamlığın inkişafı üçün əhəmiyyət daşıyır.
Yağlı qidaların qəbulunun azaldılması üçün yeməklər az yağ ilə bişirilməli, ət yeməkləri yağ vurmadan öz yağları ilə bişirilməli, qızartma, qovurma kimi bişirmə üsulları yerinə qaynatma üsulu istifadə olunmalıdır; gül kələmi, brüssel kələmi istehlak edilməlidir, sarımsaq və soğan xüsusilə çiy olaraq yeyilməlidir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır