Pəhriz zamanı daha çox meyvə-tərəvəzdən istifadə etmək insanı cazibədar edir.
Oksford Universitetinin alimləri qida rasionunda meyvə-tərəvəzə daha çox yer verilməsinin dəri rənginin yaxşılaşdırmasına gətirib çıxarılmasını elmi araşdırmalarla müəyyən ediblər.
Alimlərin fikrincə meyvə-tərəvəz karotinoidlə zəngin olduğu üçün insanı gözəlləşdirir.
Araşdırmaların nəticələrinə görə, qırmızı və sarı üzlü insanların meyvə-tərəvəz qəbulundan sonra daha cəlbedici olurlar.