İştahanı nəzarət altında saxlamaq qaydası
Toxluq hissi verən qidalar istehlak edilməlidir: Yemək istəyinin idarə edilə bilməsi üçün toxluq hissini daha sürətli və daha uzun müddət təmin edən qidalara yönəlmək lazımdır.
Ana qida qruplarından olan zülallar və kompleks karbohidratlar bu mənada ən çox toxluq hissi verən və arıqlamağı asanlaşdıran qidalardır. Gündəlik nizamlı zülal istehlak etmək, müxtəlif tərəvəz-meyvə yeyərək nizamlı olaraq lif qəbul etmək bu mənada olduqca faydalıdır.
Qanın şəkəri taraz olmalıdır: Qanın şəkər səviyyəsini balanslı halda saxlaya bilmək üçün az fasilələrlə və az miqdarda yemək lazımdır. Sağlam bişirilmiş yağsız qırmızı ət, balıq və paxlalı qidaları seçmək daha uyğundur.
Günü səhər yeməyi ilə başlayın: Gündəlik proqramınız mütləq sağlam bir səhər yeməyi ilə başlamalıdır. Hər səhər ən az 15 qr zülal ehtiva edən bir yemək ilə günə başlamaq daha enerjili hiss etməyinizi, asanlıqla diqqətinizi cəmləyə bilmənizi, daha uzun müddət tox qalmağınızı, şəkərli qidalara qarşı daha az istəkli olmağınızı təmin edir. Buna baxmayaraq şirniyyat qəbul etmək istəyiniz varsa, bu istəyinizi az yağlı meyvəli yoqurt, ya da 20-25 qr acı şokoladı yeyərək sağlam bir şəkildə istəyinizi təmin edə bilərsiniz, üstəlik hər ikisinin də sağlamlığa əlavə töhfələrini unutmamaq gərəkdir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır