XalqXəbər.Az

XalqXeber.Az » Sağlamlıq » Həddən artıq duz bu xəstəlikləri yaradır

Həddən artıq duz bu xəstəlikləri yaradır

Həddən artıq duz bu xəstəlikləri yaradır
11-03-2021, 17:32

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, gündəlik orta hesabla 5 qram duz orqanizmin ehtiyaclarını ödəmək üçün kifayət edir. Bura sadəcə, süfrədə yeməyə səpilən duz deyil, eyni zamanda sosiska, kolbasa və başqa qablaşdırmalarda olan qidaların tərkibi də daxildir.

Xarici mətbuata istinadən bildiririk ki, hər gün qəbul edilən duz miqdarı 5 qram olsa da, bir çox dünya ölkələrində aparılan araşdırmalar fərqli nəticə göstərib. Məlum olub ki, insanlar bu miqdardan təxminən 3 qat daha çox duz istifadə edir. Belə olan halda həddən artıq duz istifadəsi orqanizmdə bir çox xəstəliklər yaradır.

1.Yüksək təzyiq
Həddindən artıq duz istehlakının yaratdığı ən vacib problemlərdən biri də qan təzyiqinin yüksəlməsidir. Belə insanlar təzyiqin enməsi üçün dərman qəbul etsə də, duz onun təsirini öldürür. Ona görə də gündəlik duz miqdarını azaltmaq bu cür xəstələrin səhhətində yaxşılığa doğru böyük irəliləyişə səbəb olur. Duz qəbulunun azaldılması şəkər və ürək-damar xəstəlikləri riskini də azaldır. Məsələn, duz qəbulu 10 qramdan 5 qrama düşərsə, ürək-damar xəstəlikləri riski yüzdə 17, şəkər riski yüzdə 23-%-ə qədər azala bilir.

2.Mədə xərçəngi
Yüksək miqdarda duz mədə xərçəngi kimi çox ciddi bir xəstəliyin inkişafına səbəb olur. Çünki o zərərli olan helikobakter pylori adlanan bakteriyaların mədəyə ziyan vurmasına gətirib çıxarır. Bədənin başqa yerlərində də xərçəng yaranmasına gətirib çıxarır. Bu səbəblə də duzlu, hisə verilən və turşusu çox olan qidalardan çəkinmək lazımdır.

3.Böyrək çatışmazlığı
Duz qan təzyiqini artırmaqla yanaşı, böyrəkdəki kiçik damarların da qan təzyiqinə mənfi təsir edir. Nəticədə, damarlarda deşik əməmlə gəlir və böyrək toxumasına ziyan dəyir. Həddindən artıq duz qəbulunun yaratdığı digər ağır problem sidikdə protein sızıntısına səbəb olmasıdır. Bütün bunların təsiri ilə böyrək daşı meydana gəlir, yaxud da uzun müddətli böyrək çatışmazlığı kimi problemlər yaranır.

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.