"Korona"lı yay qaydaları
Covid-19 infeksiyasına görə yay aylarını maska ilə keçirməyə məcbur olmağımız, istilərin artması, tətilə gedə bilməmək kimi səbəblər bəzi problemlərə səbəb olur. Bunun üçün edilməli olan bir çox önəmli amillər var.
Xarici KİV-ə istinadən xəbər veririk ki, yayın isti havasında maska taxma o qədər də asan deyil. Amma sağlamlığımız üçün buna məcburuq.
Daha çox pambıq və ya parçadan olan maskalara üstünlük verin. Yayda havanın isti olması taxılan maskalar tərləyir və üzdə səpkilər əmələ gəlir. Buna görə də çalışın maskanı tez-tez dəyişin. Ən əsası isə tərləyən maskanı tez çıxarın. Onu yenidən istifadə etmək isə olmaz. İslanan və nəmlənən maskalar bakteriyanın çoxalmasına səbəb olur.
Maskanın üstünə əllə toxunmamağa çalışın. Maska taxılandan sonra su içmək və ya yemək yemək üçün çənə altına endirmək olmaz. Onu qulplarından tutaraq çıxarın.
İdman edən zaman maska taxmamağa çalışın. Çünki tərləmək başqa infeksiyalara yol açacaq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır