"Korona"lı yay qaydaları

"Korona"lı yay qaydaları Covid-19 infeksiyasına görə yay aylarını maska ilə keçirməyə məcbur olmağımız, istilərin artması, tətilə gedə bilməmək kimi səbəblər bəzi problemlərə səbəb olur. Bunun üçün edilməli olan bir çox önəmli amillər var.

Xarici KİV-ə istinadən xəbər veririk ki, yayın isti havasında maska taxma o qədər də asan deyil. Amma sağlamlığımız üçün buna məcburuq.

Daha çox pambıq və ya parçadan olan maskalara üstünlük verin. Yayda havanın isti olması taxılan maskalar tərləyir və üzdə səpkilər əmələ gəlir. Buna görə də çalışın maskanı tez-tez dəyişin. Ən əsası isə tərləyən maskanı tez çıxarın. Onu yenidən istifadə etmək isə olmaz. İslanan və nəmlənən maskalar bakteriyanın çoxalmasına səbəb olur.

Maskanın üstünə əllə toxunmamağa çalışın. Maska taxılandan sonra su içmək və ya yemək yemək üçün çənə altına endirmək olmaz. Onu qulplarından tutaraq çıxarın.

İdman edən zaman maska taxmamağa çalışın. Çünki tərləmək başqa infeksiyalara yol açacaq.
Geri qayıt