SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Qan dövranını yaxşılaşdırmağın 11 üsulu

Qan dövranını yaxşılaşdırmağın 11 üsulu

Tarix:

17-01-2017, 15:36

/ 2 025 dəfə oxundu.
Qan dövranını yaxşılaşdırmağın 11 üsulu

Əsasən soyuq aylarda özünü biruzə verən qan dövranı problemlərini qulaqardına vurmaq olmaz.
Bu yazıda qan dövranını yaxşılaşdırmağın üsullarını izah etmişik.
Təzyiqin qəfil qalxması, yorğunluq, təngnəfəslik, istənilən havada əl və ayaqların soyuması, qəfil tutmalar, baş ağrıları qan dövranı pozulmasının aşkar əlamətləridir.
Qan dövranın zəifləməsi venaların varikoz genişlənməsinə, hipertoniya, kapillyarların görünməsinə, eləcə də, göz ətrafında qara halqaların yaranmasına səbəb olur. Bundan əlavə, zəif qan dövranı ürək çatışmazlığının yaranmasına yol açan səbəblərdən biridir. Səhhətinizdəki ciddi problemləri aradan qaldırmaq və ürək fəaliyyətini qaydaya salmaq üçün təbii üsullardan istifadə edin.
Daha çox istiot
Qida rasionuna daha çox istiot əlavə etmək insanın öz sağlamlığına daha ciddi yanaşması deməkdir! Bütün bu aktiv maddələr qan dövranını gücləndirir: qırmızı bibər, qara istiot, ətirli rozmarin, kəklikotu, darçın, sarımsaq. Maddələr mübadiləsini yaxşılaşdırmaq və gəncliyi qorumaq üçün onlar vacibdir.
Pilləkəndən istifadə edin
Bu, varikoza qarşı ən etibarlı profilaktikadır! Liftdən imtina etməklə ürək əzələsini və qan damarlarını möhkəmləndirmiş olacaqsınız.
Gərnəşin!
Əgər kompüter arxasında çox vaxt keçirirsinizsə, onda tez-tez gərnəşin, heç olmasa, hər saatdan bir qalxıb otaqda gəzişin. Oksigen çatışmazlığı qan dövranının zəifləməsinə gətirib çıxarır. Lakin daimi gəzinti ilə vəziyyəti düzəltmək öz əlinizdədir.
Siqaretdən imtina edin
Nikotin C vitaminini orqanizmdən çıxarır. Bu da birbaşa ürəyin işinə təsir göstərir! Hətta bir-iki gün siqaretdən imtina səhhətinizdə ciddi dəyişikliklər yaradır.
Masajdan zövq alın
Masaj qan dövranını inanılmaz dərəcədə yaxşılaşdırır, mövcud problemin öhdəsindən gəlməyə kömək edir. Əl və ayaqların soyuması zamanı özünüz-özünüzü masaj edin. Bu da çox səmərəlidir.
Düzgün pozada dincəlin
Qan dövranını yaxşılaşdırmaq üçün, sadəcə, bir neçə dəqiqə istirahət kifayət edir. Gündə ən azı 15 dəqiqə döşəmədə uzanın, ayaqlarınızı uzadıb divana qoyun.
Çeşidli vitaminlər
Qida rasionunuza balqabaq və günəbaxan tumu, avokado, tuna balığı, xurma, daha təzə göyərti və meyvə əlavə edin. Bundan başqa, qara şokolad aktiv qan dövranı üçün olduqca faydalıdır.
Kontrast duş
İsti-soyuq duş səhhətinizdə ciddi problemləri aradan qaldırmağa kömək edəcək! Odur ki, isti vannadan sonra sərin duş qəbul etməyi unutmayın. Bu üsulla siz insult riskini 30 faiz azaltmış olacaqsınız.
Aktiv olun
Ürək əzələsini dəstəkləməyin və qan dövranını yaxşılaşdırmağın ən optimal üsulu aktiv olmaqdır. Sübut olunub ki, velosiped sürmək ürək xəstəliklərinin profilaktikası baxımdan əla üsuldur.
Rahat ayaqqabı seçin
Evdə hərdən bir ayaqlayın gəzin. Seçdiyiniz ayaqqabı da mümkün qədər rahat olmalıdır.
İsti su için
Hər gün kifayət qədər isti su için. Bununla ürəyə əvəzsiz xidmət göstərəcəksiniz.

Şərhlər

XƏBƏR LENTİ