Sağlam saçlar üçün 8 məsləhət
Üzümüzün gözəl görünməsi üçün saçlara ehtiyacımız var. Baxımlı saçlar isə hər zaman özünü göstərir. Hər kəsin xəyalı sağlam və güclü saçlara sahib olmaq üçün bu məsləhətlərə əməl etməlisiniz:
1. Saçlarınızı tez-tez yumayın. Həftədə maksimum 2-3 dəfə yumağınız yetərlidir. Çünki çox yusanız, saçlardakı təbii yağı qurudar və köhnəlmiş saçlara səbəb olar.
2. Uzun saçlılar, saçlarımızı kəsdirməliyik. Saçlarınızı uzatmaq istədikdə heç kəsdirməmək böyük bir səhvdir. 2-3 aydan bir uclarından 1-2 santimetr kəsdirdiyinizdə saçlarınız daha sağlam olacaq və bu da uzanması üçün olduqca əhəmiyyətli prosesdir.
3. Xüsusilə, mövsüm dəyişiklikləri zamanı və ya saçlarımızın daha sağlıqsız olduğu dövrlərdə vitamin istifadə etməliyik. Saç, dırnaq və dəri üçün olan vitaminləri istifadə etməklə saçlarınızı içəridən qidalandıra bilərsiniz.
4. Həftədə ən azı 1 dəfə sıx qulluq etmək lazımdır. Bunun üçün hazır maskalarla yanaşı evdə də hazırlaya bilərsiniz. Hindistan yağı, yumurta, bal, zeytun yağı və ya istədiyiniz digər vəsaitləri istifadə edə bilərsiniz.
5. Saç düzləşdiricilər saçlara zərər verir. Buna görə də, mümkün olduqca uzaq dayanmaq lazımdır. Onun yerinə hörük, toppuz kimi modelləri seçin.
6. Mütləq bir quru şampun istifadə edin. Fərqli variantları sınayaraq xoşunuza gələni tapın. Təsiri yetərli olmazsa, axşam yatmazdan əvvəl tətbiq edin. Səhərə qədər daha çox təsir əldə edəcəksiniz.
7. Gecələri saçlarınızı hörərək yatsanız, saçlarınız bir-birinə dolaşmaz və səhər açdığınızda dalğalı saçlarınız günə hazır olar. Hörmədən öncə uclarına saç baxım yağı sürtüb, hördükdən sonra saç spreyi vursanız, açdığınızda dalğalarınız daha gözəl görünəcək.
8. Saçlarınızın parlaq görünməsi üçün soyuq su ilə yaxalayın.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır