Saçlarınıza düzgün qulluq edirsiniz?
Saçlara edilәn düzgün qulluq saçların vәziyyәtinә vә sağlamlığına böyük tәsir edir. Bәzәn saçlara qulluq edәndә biz bilmәdәn sәhvlәrә yol veririk ki, bu da saçlarımızın vәziyyәtinә mәnfi tәsir edir. Xatun.life həmin səhvləri sizə təqdim edir:
1. Saçlarınızı isti su ilә yumayın!
Bu saçları korlayır, onların yağlılığını artırır ki, saçlar daha tez çirklәnir. Ancaq soyuq su ilә dә yumaqdan çәkinmәk lazımdır. Saçları yuyarkәn suyun temperaturu tәxminәn 36-37° C olmalıdır.
2. Saçlarınızı yuyanda onları әvvәlcәdәn yaxşı isladın! Bu çox vacibdir. Şampunu quru vә ya pis isladılmış saçlara vuranda, saçlar yaxşı yuyulmur, çirkli qalır.
3. Saçlarınızı yuduqda az miqdarda şampundan istifadә edin! Bәzi qadınlar fikirlәşir ki, şampun nә qәdәr çox miqdarda istifadә olunarsa, saçlar da o qәdәr tәmiz olacaq. Bu sәhv fikirdir. Әksinә çoxlu miqdarda şampundan, müxtәlif balzamlardan, kondisionerlәrdәn istifadә edәn qadının saçları daha tez korlanır vә tökülür.
4. Nәm saçları daramayın! Bir çox qadınlar saçları yuduqdan dәrhal sonra darayır. Lakin bunu etmәk olmaz. Dәri yumşaq olur vә saçlar darananda daha tez qopur.
5. Nәm saçlarla yatmayın! Heç bir halda nәm, kifayәt qәdәr qurudulmamış saçlarla yatmaq olmaz. Yaş saçlar quruyarkәn dәri uzun müddәt әrzindә soyuyur. Nәticәdә dәridә qan dövranı vә saçların qidalanması da pislәşir. Bütün bunlar saçların inkişafına mәnfi tәsir edәrәk onların daha güclü şәkildә tökülmәsinә sәbәb ola bilәr.
6. Soyuq havada başıaçıq gәzmәyin! Soyuğun tәsirindәn baş dәrisindә qan dövranı pislәşir ki, bu da saçların vәziyyәtinә mәnfi tәsir edir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır