Bu şəxslərin icbari tibbi sığortasını dövlət ödəyəcək
Gələn ildən dövlət büdcəsində ayrılmaların azalması fonunda icbari tibbi sığorta (İTS) sistemi üzrə yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək.
Baku.ws xəbər verir ki, indiyə qədər işsiz şəxslər üçün ödənişləri dövlət qarşılayırdısa, 2026-cı ildən bəzi kateqoriyalar sığorta haqlarını özləri ödəməli olacaqlar.
Qanuna təklif edilən dəyişikliklərə əsasən, əmək qabiliyyəti olduğu halda rəsmi gəlir göstərməyən şəxslər hər ay minimum əməkhaqqının 4 faizi həcmində – hazırkı hesablamaya görə 16 manat – icbari tibbi sığorta haqqı ödəyəcəklər. Bu, gəlirini qeyri-rəsmi əldə edən, lakin əmək münasibətlərində iştirak etməyən bütün vətəndaşlara şamil olunacaq.
Dəyişikliklər sosial həssas qrupları əhatə etmir. Aşağıdakılar ödənişdən azad olunacaq:
Əlilliyi olan şəxslər
Pensiyaçılar
Uşaqlar.
Bundan başqa, evdar və şəxsi gəliri olmayan qadınların sığortası yenə də dövlət vəsaiti hesabına həyata keçiriləcək. Bu kateqoriyaya aid şəxslərin sığorta məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirəcək. İcbari tibbi sığorta ilə bağlı yeni mexanizm və ödəniləcək məbləğ isə qarşıdakı günlərdə məlum olacaq.
Qeyd edək ki, 2026-cı ildən icbari tibbi sığorta modeli daha fərdiləşdirilmiş maliyyələşmə prinsipi ilə fəaliyyət göstərəcək. Bu, vətəndaşların öz öhdəliklərini daha aydın görməsinə və sistemin maliyyə dayanıqlığının gücləndirilməsinə hesablanıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır