SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Hacı Muradın qalıqlarının oğurlanması... – Yerli və mərkəzi hakimiyyət bundan niyə bixəbərdir?

Hacı Muradın qalıqlarının oğurlanması... – Yerli və mərkəzi hakimiyyət bundan niyə bixəbərdir?

Tarix:

3-06-2019, 16:09

/ 1 344 dəfə oxundu.
Hacı Muradın qalıqlarının oğurlanması... – Yerli və mərkəzi hakimiyyət bundan niyə bixəbərdir?

Daxili İşlər Nazirliyi Hacı Muradın qalıqlarının oğurlanmasından xəbərsizdir. Bunu nazirlikdən PİA.az-a bildiriblər...

Millət vəkili: “Bizim mədəniyyətimiz ancaq artistlikdən ibarətdir. Yəni ancaq artistlər oxumalıdır və onların fonunda sanballı artistlərin, musiqiçilərin çox da parladığı cəmiyyət deyilik”.

“Onun başı Rusiyada saxlanılır. Hacı Muradın başsız cəsədi Azərbaycanda dəfn olunmuşdu və məzar Azərbaycanda qorunub saxlanılmalı idi”.

Bu sözləri millət vəkili Fazil Mustafa Şeyx Şamilin naibi Hacı Muradın nəşinin qalıqlarının Azərbaycandan oğurlanaraq Dağıstana aparılmasını xəbərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verildiyi kimi ötən həftə Dağıstan mənbələrində Hacı Muradın qalıqlarının doğulduğu Xunzax rayonunda yenidən dəfn ediləcəyi haqda xəbərlər yayılıb. Daha sonra Xunzax rayonunun adminstrasiyası bu məlumatı təkzib edib və rəsmi orqanların bu dəfn mərasimini təşkil etmədiyini, qalıqların Azərbaycandan çıxarılıb aparılmasının heç bir rəsmi instansiyalarla razılaşdırılmadığını açıqlayıb.

Lakin bazar günü sosial şəbəkələrdə Hacı Muradın Qax rayonundakı məzarının sinə daşının götürüldüyünü əks etdirən fotolar yayılıb. Bu isə o mənanı verirdi ki, məzar açılıb və qalıqlar oğurlanıb, gizli yolla Azərbaycandan çıxarılıb. Axşam saatlarında isə Hacı Muradın qalıqlarının Xunzay rayon mərkəzində yenidən dəfn edilməsi mərasiminə dair fotolar və xəbər yayılıb. Dəfn mərasimini Maqomed Amirxanovun başçılıq etdiyi “təşkilat komitəsi” həyata keçirib, mərasimdə rəsmilər iştirak etməyib və nitq söylənməyib.

“Kommersant”ın yazdığına görə isə Hacı Muradın qalıqları Xunzax rayonunun Tselmes kəndinin sakinləri tərəfindən Azərbaycandan oğurlanıb. Mərasim iştirakçıları deyiblər ki, dəfn kənd sakinləri arasında bu işin nə dərəcədə qanuni olduğu haqda diskussiyalara səbəb olub, amma yekunda qalıqları yenidən dəfn etmək qərarlaşdırılıb.

Xunzax rayon administrasiyası baş verənlərdən yaxasını kənara çəkib və rəsmi şəxslərdən heç kim mərasimdə iştirak etməyib. Administrasiyadan təkcə onu deyiblər ki, qalıqların Hacı Murada aid olduğuna dair heç bir rəsmi təsdiq yoxdur.

Azərbaycan rəsmi məqamları da bu günə qədər baş verənlərə heç bir şərh verməyib.

Azərbaycan hökümətinin, ya da yerli hakimiyyətin bu barədə məlumatsız olmasını mümkün hesab etmək olamır və baş vermiş hadisə ilə bağlı hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı millət vəkili Fazil Mustafanın fikirlərini öyrənib.

Fazil Mustafa: “Dağıstandakılar bizdən ağıllıdırlar və bunu Hacı Muradın nəşinin qalıqlarını Azərbaycandan oğurlamaqla sübut etdilər”.

Bizim mədəniyyətimizdə hər şeyin şou, şit sferasına daxil olan insanların üzərində indeksləndiyini bildirən millət vəkili PİA.az-a açıqlamasında bibildirib ki, buna görə də başqa sahələr başlı-başına qalıb:

“Hacı Murad Qafqazın böyük şəxsiyyətdir. O, 19-cu əsrə öz damğasını vuran Şeyx Şamilin ən böyük naiblərindən biri kimi qəbul olunur. Hacı Murad qəhrəmanlığı, igidliyi ilə böyüklük qazanıb, Lev Tolstoyun qəhrəmanına çevrilib. Bunların hamısı önəmli məsələlərdir və ona görə də bu tarixi şəxsiyyətin nəşinin oğurlaması ilə bağlı iddilar sıradan məsələ kimi qəbul olunmamlıdır.

Açığı deyim ki, Hacı Muradın nəşinin qalıqlarının oğurlanaraq Dağıstana aparılması ilə bağlı iddilar məndə bir az şübhə doğurur. Hər halda bunun araşdırlmasına ehtiyac var. Qəbri qorumaq, qəbri hansısa formada daim mühafizə altında saxlamaq bir az çətindir. Amma Hacı Murad kimi bir tarixi şəxsiyyətin məzarının Azərbaycanda olması dövlət orqanlarının diqqətində olmalıydı və öncədən tədbirlər alınmalı idi. Amma əgər belə bir fakt baş veribsə, bununla bağlı cinayət işi başlanmalı və buna hüquqi qiymət verilməlidir.

Yaxşı olardı ki, Hacı Muradın məzarını Azərbaycanda saxlayardılar. Çünki onun başı Rusiyada saxlanılır. Hacı Muradın başsız cəsədi Azərbaycanda dəfn olunmuşdu.

Fazil Mustafa: “Hacı Muradın qəbrin insanların turistik baxımından ziyarət etdiyi bir yer kimi etmək olardı”.

Biz belə fürsətlərdən istifadə etmirik. Axı Azərbaycanda mədəniyyət sahəsinə baxış fərqlidir. Bizim mədəniyyətimiz ancaq artistlikdən ibarətdir. Yəni ancaq artistlər oxumalıdır və onların fonunda sanballı artistlərin, musiqiçilərin çox da parladığı cəmiyyət deyilik. Bizim mədəniyyətimizdə hər şey şou, şit sferasına daxil olan insanlar üzərində indekslənib. Buna görə də başqa sahələr başlı-başına qalıb.

Hacı Muradın qəbrin insanların turistik baxımından ziyarət etdiyi bir yer kimi etmək olardı. Çünki Hacı Murad bir brenddir. Bundan başqa Hacı Muradla bağlı başqa tədbirlər görmək olardı. Amma hər şeydə olduğu kimi buna da gecikdirk. Hər halda Dağıstandakılar bizdən ağıllıdırlar və bunu Hacı Muradın nəşinin qalıqlarını Azərbaycandan oğurlamaqla sübut etdilər”.

Qeyd edək ki, PİA.az-ın əməkdaşı Şeyx Şamilin naibi Hacı Muradın nəşinin qalıqlarının Azərbaycandan oğurlanması ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovla əlaqə saxlayıb. Ehsan Zahidov bu məsələ ilə bağlı ilk dəfə bizdən eşitdiklərini və baş verənlərlə bağlı Nazirliyin məlumatının olmadığını bildirib.

pia.az

Şərhlər

XƏBƏR LENTİ