XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Elman Rüstəmov yenə yalançı çıxdı: Ölkə 4-cü devalvasiya astanasında - Bahalaşma

Elman Rüstəmov yenə yalançı çıxdı: Ölkə 4-cü devalvasiya astanasında - Bahalaşma

Elman Rüstəmov yenə yalançı çıxdı: Ölkə 4-cü devalvasiya astanasında - Bahalaşma
12-07-2017, 09:30

Ölkə 4-cü devalvasiya ərəfəsindədir
Mərkəzi Bank sədri Elman Rüstəmov manatın ilin sonuna kimi ucuzlaşmayacağını desə də, ekspertlər həyəcan təbili çalır.
Bu yay mövsümündə Azərbaycanda devalvasiya yenidən hər şeyin bahalaşacağı deməkdir.
Son aylar manatın dollara nəzərən məzənnəsində sabitlik hökm sürsə də, bu inzibati xarakter daşıyır. Əslində ötən aylarda dollara tələbat və onun satışı müntəzəm olaraq artır.
İqtisadçı alim Qubad İbadoğlu bildirib ki, manat yenə devalvasiyaya uğrayacaq: “Manat yenə çətin durumdadır. Dövlət Neft Fondunun (DNF) son açıqlamasına görə, bu ilin iyununda DNF valyuta hərraclarında 373,2 milyon dollar satıb.
Halbuki aprel ayında bu göstərici 220 milyon, may ayında 250 milyon dollar olub. Göründüyü kimi, ötən ay ondan 2 ay əvvəllə müqayisdədə dollara tələbat 41 faiz, 1 ay əvvələ nisbətən isə 33 faiz artıb və valyuta bazarında bir o qədər də çox dollar satılıb.
Bu isə o deməkdir ki, valyuta tələbat dinamikası müsbətdir və artım davam edəcək, nəticədə manat yenə də devalvasiya uğrayacaq. İqtisadiyyatın sadə tələb və təklif qanunu bu məntiqi sübut etmək üçün yetərlidir.
Sentyabrda manatın ucuzlaşması gözlənilir. Hazırda ölkədə manat qıtlığı yaradılıb.
İnvestisiya layihələrinə vəsait qoyulmur, nağd pul çıxartmaqla əlaqədar problem yaradır. Yay aylarında da bu problem çox hiss olunmayacaq.
Ancaq hökumət iqtisadiyyatın inkişafını istəyirsə, sentyabrdan etibarən manatın öz dəyərini almalıdır. Ola bilər ki, bu ilin yanvar ayında necə dollar necə 1.9 manata qalxmışdısa, yenə həmin məzənnəyə qalxar.
Lakin nə qədər ucuzlaşacağını birmənalı demək mümkün deyil. Burada iki variant mümkündür. Məlum olduğu kimi, manatın məzənnəsi tələb və təklif əsasında formalaşır. Hazırda ölkəmizin 38 milyard dollara yaxın valyuta ehtiyatı var.
Bunun 33,2 mlrd. Dolları Neft Fondunda və 4,4 mlrd. dolları isə Mərkəzi Bankda saxlanılır. Milli valyutadakı pul bazamız isə 7,2 mlrd. manatdır.
Yəni kobud desək, dövlət bu gün bütün valyuta ehtiyatını dövriyyədə olan manat kütləsinə dəyişsə, 1 dollar 21 qəpiyə bərabər olacaq. Yəni dövlət istəsə, manatı hələ 8 dəfə də bahalaşdıra bilər.
Ancaq bu başqa məsələdir ki, dövlət buna heç vaxt getməz, çünki bu halda valyuta ehtiyatı tam tükənər və ölkənin iqtisadi təhlükəsizliyi sual altında qalar.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.