Mərkəzi Bank rəqəmləri açıqladı - Nə qazandıq?
Mərkəzi Bank 2017-ci ilin 3 ayı üzrə ödəmə balansının göstəricilərini açıqlayıb.
Bu barədə iqtisadçı Rövşən Ağayev məlumat verib.
O bildirib ki, yeni göstəricilərə görə, ölkənin xarici valyutada ehtiyatları artıb: “Tədiyə balansında 2015-ci ilin 3 ayında 4.591 milyard dollar, 2016-cı ilin 3 ayında 1270.1 milyard dollar defisitin ardınca bu ilin yanvar-mart ayında 464 milyon dollar profisit yaranıb - yəni ölkənin xarici valyutada ehtiyatları artıb. Cari hesablar balansının saldosu da ötən ilki 432 milyon dollar mənfi rəqəmdən bu il 380 milyon dollar müsbət göstərici ilə əvəzlənib.
Ölkəyə turist axınının kəskin artdığı deyilsə də, rəqəmlərdə bu özünü göstərmir. Belə ki, ötən ilin 3 ayına nisbətən turizm xidmətlərinin ixracı 28 milyon dollar (4.3%) artaraq 669 milyon dollara çatıb. Amma əvəzində xaricdə ölkə vətəndaşlarının turist kimi xərcləmələri daha çox artıb. Belə ki, bu ilin 3 ayında turizm xidmətlərinin idxalı 617 milyon dollar olub. Bu ötən ilin göstəricisindən 87 milyon dolar (16.4%) çoxdur”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...