XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Neft yeniden bahalaşdı: Son qiymət

Neft yeniden bahalaşdı: Son qiymət

Neft yeniden bahalaşdı: Son qiymət
11-07-2017, 09:40

Dünya neft qiymətləri bu həftəyə artımla başlayıb.

Buna Liviya və Nigeriyanın OPEK Nazirlər Komitəsinin iclasına dəvət edilməsi səbəb olub.

Brend markalı neftin qiyməti bu gün səhər saatlarında 0,73 faiz qalxaraq bir barrel üçün 47,05 dollara bərabər olub.

Qeyd edək ki, ötən həftə sonu neft qiymətləri hərracda 3 faizədək azalmışdı.

OPEK sazişinin icra olunmasının monitorinqi üzrə Nazirlər Komitəsinin iclası iyulun 24-ü Sankt-Peterburqda keçiriləcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.