SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Etibarlı əməkdaşlıq əlaqələri

Etibarlı əməkdaşlıq əlaqələri

Tarix:

31-05-2023, 12:24

/ 694 dəfə oxundu.
Etibarlı əməkdaşlıq əlaqələri

  
Mayın 30-da Azərbaycan Prezidenti İlham Əliyev və İsrail Dövlətinin Prezidenti İsxak Hersoq arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.
Görüşdən sonra prezidentlərin iştirakı ilə “Azərbaycan Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb. Daha sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyeb bildirib ki, İsrail prezidentinin səfəri ikitərəfli əlaqələri gücləndirəcək.“Bu il İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq”.
Prezident Əliyev iqtisadi əlaqələrdən danışarkən deyib ki, iki ölkə arasında ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur. “Lakin, hesab edirəm ki, növbəti illərdə biz ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq və ümid edirəm ki, həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq. Buna baxmayaraq, uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da əslində enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir”.
Dövlət başçısı İrriqasiya və kənd təsərrüfatı sahəsində böyük işlər görüldüyünü və Azərbaycan kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün İsrailin müsbət təcrübəsindən istifadə etmək istədiyini bildirmişdir.
Kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələsinə gəlincə Əliyev deyib ki, Azərbaycan bu sahədə fəal təmasların başlanılmasına şaddır.“Bu gün artıq sirr deyil ki, kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Əlbəttə ki, bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsi bizim üçün faydalı olacaq. Həmçinin gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq”.
Təhdidlərdən danışarkən Prezident Əliyev iki dövlət arasında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlığı qeyd edib.“Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır", o qeyd edib.
Danışıqlarda qarşılılıqlı turist axını səviyyəsinin qaldırılması da müzakirə edilib.“Həftədə yalnız dörd təyyarə reysi var və hesab edirəm ki, bu, yetərli deyil. Nümayəndə heyətlərinin üzvlərinə uçuşların sayının artırılması ilə bağlı göstərişlər verilmişdir və bunun təkcə mövsümi əsasda yox, - çünki adətən yay vaxtlarında daha çox uçuşlar olur, - daimi əsasda edilməsi tapşırılmışdır. Həmçinin İsraildə daha çox təqdimat imkanlarının araşdırılması da tapşırılmışdır ki, biz İsraildən daha çox turisti buraya dəvət edə bilək və əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icması haqqında daha çox məlumat verə bilək”.
 
Aysel Mənsimova - politoloq
 
 

Şərhlər

XƏBƏR LENTİ