Azərbaycanın müstəqilliyi əbədi olsun - Britaniya səfiri
Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycan xalqını 28 May Müstəqillik Günü münasibəti ilə təbrik edib.
Səfirin bu barədə videomüraciəti “Tvitter” hesabında paylaşılıb.
“Əziz azərbaycanlılar! 28 May Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir. 1918-ci il mayın 28-də Azərbaycan müstəqilliyini əldə edib və Şərqdə ilk dünyəvi demokratik respublikanı qurub. Bu respublikanın dəyərləri bizim bu gün də yaşadacağımız dəyərlərdir. Azadlıq, ictimai-siyasi həyatda qadınların rolu, insan haqları və söz azadlığı 70 illik əsarətdən sonra müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyi əbədi olsun! Bir kərə yüksələn bayraq bir daha enməz! Bütün Azərbaycan xalqını müstəqillik günü münasibəti ilə təbrik edirəm ”- deyə paylaşımda bildirilib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır