Qeyri-rəsmi məşğulluq “qara mühasibatlığ”a yol açır - Baş nazirin müavini
Azərbaycanda qeyri-rəsmi məşğulluğun aradan qaldırılması hökumət qarşısında duran əsas vəzifələrdən biridir. Bunu Baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən mətbuat konfransında deyib.
Baş nazirin müavini bildirib ki, qeyri-rəsmi məşğulluq vergidən yayınmaya səbəb olur: “Qeyri-rəsmi məşğulluq insanların sosial və əmək hüquqların qorunmasını qeyri-mümkün edir, gələcəkdə pensiya almaq hüququnu məhdudlaşdırır. Qeyri-rəsmi məşğulluq nəticəsində Dövlət Sosial Müdafiə Fonduna qanunla ödənilməli olan ödənişlər həyata keçirilmir ki, bu da gələcəkdə insanların pensiya almasını qeyri-mümkün edir”.
Ə.Əhmədov vurğulayıb ki, qeyri-rəsmi məşğulluq, həmçinin Azərbaycanda insanların məşğulluğu ilə bağlı dəqiq statistikanın aparılmasına mane olur.
O əlavə edib ki, qeyri-rəsmi məşğulluq “qara mühasibatlıq” deyilən amilin ortaya çıxması üçün ən mühüm səbəbdir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...