XalqXəbər.Az

XalqXeber.Az » İqtisadiyyat » 51 min manata 3 otaqlı mənzil satan MİDA bir ofisi neçəyə təmir etdirir?

51 min manata 3 otaqlı mənzil satan MİDA bir ofisi neçəyə təmir etdirir?

51 min manata 3 otaqlı mənzil satan MİDA bir ofisi neçəyə təmir etdirir?
3-06-2021, 11:16

Dünən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydalarına uyğun olaraq gözləmə qaydasında mənzillərin seçiminə 6 iyul 2021-ci il tarixində saat 11:00-da başlayaraq 15 iyul 2021-ci il tarixə saat 11:00-dək davam edəcəyi barədə elan verdi.
Qeyd edək ki, Ağentliyin güzəştli şərtlərlə,elektron qaydada satışını təşkil etdiyi 1 otaqlı mənzillərin qiyməti 32 215 manatdan, 2 otaqlı mənzillərin qiyməti 42 415 manatdan, 3 otaqlı mənzillərin qiyməti 57 120 manatdan başlayır. Mənzillərə birdəfələk ödəniş edərək sahib olmaq istəyən vətəndaşlar üçün endirim də olur ki, 1 otaqlıları 28 994 manata, 2 otaqlıları 38 174 manata, 51 408 manata əldə etmək olar. Mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda isə vətəndaşlara 1 otaqlı mənzillərin aylıq ödəmə məbləği 138-143 manata, 2 otaqlılar 182-253 manata, 3 otaqlılar 245-268 manata başa gələcək.
Dünən Mənzil İnşaatı Dövlət Agentliyi həm də müxtəlif işlərin və xidmətlərin satınalmasını yekunlaşdıraraq bir neçə tenderlərin nəticələri barədə məlumat yayıb. Aktualinfo.org sözügedən tenderlərin bir neçəsini təqdim edir.
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə inşa olunan yaşayış kompleksində mənzillər üçün elektrik sayğaclarının alınıb quraşdırılması və istismara verilməsi üzrə 1 086 072 manat məbləğində satınalma müqalivəsini 01.06.2021-ci il tarixdə “ELECTRO CONSTRUCTİON” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlamışdır. Tenderin şərtlər toplusuna əsasən şirkət göstərilən məbləğə Agentliyi 2950 ədəd smart kart tipli, 1 fazalı elektrik sayğacları ilə təmin etməlidir. Təxmini hesablamalarımıza görə sayğacların 1 ədədi Agentliyə 368 manata başa gələcək.
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə inşa olunan yaşayış kompleksində mənzillər üçün su sayğaclarının alınıb quraşdırılması və istismara verilməsi üzrə 788 098.4 manat məbləğində satılma müqalivəsini 01.06.2021-ci il tarixdə “RF İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlamışdır.Tenderin şərtlər toplusuna əsasən şirkət göstərilən məbləğə Agentliyi 2950 ədəd smart kart tipli D20, su sayğacları ilə təmin etməlidir.Təxmini hesablamalarımıza görə sayğacların 1 ədədi Agentliyə 267 manata başa gələcək.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RF İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.03.2017-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ZAHİD XƏLİLOV, ev 101, m. 15, qanuni təmsilçisi kimi isə Quliyev Rauf Mehman oğlu qeyd olunub.
Açıq mənbələrdə MMC-nin qanuni təmsilçisi Quliyev Rauf Mehman oğlunun adı 2009-cu ildə Ədliyyə orqanlarına qulluğa qəbul üzrə müsabiqədən müvəffəqiyyətlə keçmiş namisədlərin siyahısında yer alıb. Hazırda onun Ədliyyə orqanlarında çalışması barədə məlumatlara aydınlıq gətirməyə çalışırıq.
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə inşa olunan yaşayış kompleksində mənzillər üçün kombilərin (24 kW) alınıb quraşdırılması üzrə 2 239 222.87 manat məbləğində satılma müqalivəsini 01.06.2021-ci il tarixdə “BİMD” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlamışdır.Tenderin şərtlər toplusuna əsasən şirkət göstərilən məbləğə Agentliyi 2950 ədəd 24 kW-lıq kombilərin alınaraq quraşdırılması təmin etməlidir. Burada da təxmini hesablamalarımıza görə 1 ədəd kombinin quraşdırılması Agentliyə 759 manata başa gələcək.
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi – Hava Limanı 12-ci km “22” ünvanında yerləşən yaşayış kompleksində 6 nömrəli binada ofisin əsaslı təmiri işlərinin satın alınması üzrə 128 995.05 manat məbləğində satılma müqalivəsini 01.06.2021-ci il tarixdə “MERKURİ-İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlamışdır.Tenderin şərtlər toplusuna əsasən şirkət göstərilən məbləğə Agentliyin 6 nömrəli binada 1 ədəd ofisin (kvadratı göstərilməyib) əsaslı təmir işlərini təmin etməlidir.
Mənzil İnşaatı Dövlət Agentliyinin keçirdiyi tenderlərdə bir çox maraqlı suallar da elə buradan başlayır. Elektrik, su sayğaclarının, kombilərin quraşdırılması işləri hardasa başa düşüləndi. Amma necə olur ki, tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş 3 otaqlı, 72,8 kvadratmetr sahəsi olan mənzilləri 51 408 manata satan MİDA, kvadratmetri göstərilməyən bir ofisi demək olar ki, 130 min manata təmir etdirir?
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MERKURİ-İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 12.07.1999-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, BABƏK PR., ev 64, m. 143, qanuni təmsilçisi kimi isə Məcnunov Mirzə Xıdır oğlu qeyd olunub.
Digər MMC-lərə gəlincə. Qeyd olunan MMC-lərin barəsində adlarından başqa heç bir məlumat yoxdur. Baxmayaraq ki, MİDA tərəfindən keçirilən kifayət qədər ciddi məbləğlərdə tenderin qalibləri olublar, amma bu MMC-lərin nəinki bir veb-səhifəsinə, hətta sosial şəbəkə hesablarına belə rast gəlmək mümkün deyil. Bunlardan MİDA yalnız “RF İNŞAAT” və “MERKURİ-İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətləri ilə daha çox satınalma müqaviləsi bağlayıb. Belə ki, Agentlik mənzillər üçün su sayğaclarının alınıb quraşdırılması və istismara verilməsi üzrə “RF İNŞAAT” MMC ilə müxtəlif vaxtlarda 4 satınalma müqaviləsi bağlayıb.
Qeyd edək ki, açıq internet resurslarında “MERKURİ-İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı heç bir məlumat yoxdur. MMC-1999-cu ildə dövlət qeydiyyatına alınsa da, analoji işlərdə heç bir tenderin qalibi olmayıb. Yalnız yenə MİDA-ya bağlı işləri barədə məlumtlar var. Belə ki, MMC 29.12.2019-cu il tarixdə MİDA-nın keçirdiyi ilk layihələrdə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 48 və 49 nömrəli qeyri-yaşayış binalarının, 2 ədəd polis məntəqəsinin və 2 ədəd qazanxananın (məktəb və 46 nömrəli uşaq bağçası üçün) tikinti işləri üzrə 1 644 893.83 manat və 2-9 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binasının tikinti işləri üzrə 3 025 851.03 manat məbləğində 2 tenderin qalibi olub. Maraqıdır MİDA-nın birinci layihələrində 5 milyon manat civarında tender udan MMC Agentliyin sonrakı layihələrində niyə iştirakçı olmayıb? Bəlkə MİDA bu MMC-ni birinci layihələrdə də tikinti işləri ilə bərabər, həm də başqa məqsədlər üçün istifadə edib?(Aktualinfo.org)

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.