Ötən il 100 mindən çox vergi ödəyicisinə yardım ayrılıb - millət vəkili
Azərbaycan vergiödəyicilərinə keçən il 4 mərhələli maliyyə dəstəyi edilib, 133.157 vergi ödəyicisinə yardım ayrılıb. Bunu millət vəkili Elnur Allahverdiyev Milli Məclisin bu gün keçirilən plenar iclasında "Büdcə layihəsinin icrası"nın müzakirəsi zamanı deyib.
"2020-ci il ərzində vergiödəyicilərinə 4 mərhələli maliyyə dəstəyi edilib. Ümumilikdə 133.157 vergi ödəyicisinə maliyyə yardımı ayrılıb ki, onlar da bu yardım hesabına işçilərinin əmək haqqıarını ödəyiblər. Söhbət 600 min nəfərə, məntiqlə 600 min ailəyə göstərilmiş maliyyə dəstəyindən gedir. Bununla paralel, dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80%-i işə çıxmasa da, onların əməkhaqqı ödənilib. Bu nailiyyətlərimiz Avropa ölkələrindən olan həmkarlarımızın ciddi marağına səbəb olur. Artıq sirr deyil ki, hətta qabaqcıl sayılan bir sıra ölkələrdə dövlətin iqtisadiyyatın özəl sferasını mühafizə və bərpa etməsi istiqamətində belə miqyaslı addımlar atılmayıb", -deyə millət vəkili əlavə edib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır