Daha bir tender biabırçılığı: “Azərişıq”ın 4,4 milyon manatlıq tenderini 4 manatlıq şirkət uddu
"Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin elan etdiyi tenderin qalibi məlum olub.
Yeniavaz.com-a istinadən xəbər veririk ki, “Azərişıq” Açıq Səhimdar Cəmiyyəti tərəfindən ” Elektrik avadanlıqların məsafədən avtomatik idarə olunması üçün elektromaqnitli aparatların satın alınması” məqəsədilə keçirilən tender müsabiqəsinin qalibi “Sabah Constraction” MMC olub.
“Azərişıq” ASC qeyd olunan məhsullara görə “Sabah Constraction” MMC-yə 4 milyon 447 min 8 manat 77 qəpik ödəycək.
Məlumat üçün bildirək ki, “Sabah Constraction” MMC 04.11.2015-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4 manat olan MMC-nin hüquqi ünvanı Beyləqan rayonu, Təzəkənd kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Qafarov Cəlal Məmməd oğludur.
Qeyd edək ki, açıq internet resurlarda 4 manat nizamnamı kapitalı ilə 4,4 milyon manatlıq tenderin qalibi olan “Sabah Constraction” MMC barədə heç bir məlumat mövcud deyil.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır