Banklar dollar satışına niyə qadağa qoyub? - Bakıda yenidən “qara bazar” yaranır
Azərbaycan Mərkəzi Bankı dollar satışını minimuma endirib.
Ölkədə fəaliyyət göstərən kommersiya bankları bu tələbdən irəli gələrək, əhaliyə gün ərzində 300 dollar həcmində valyuta satır.
Qeyd edək ki, ötən ilin əvvəlindən başlayaraq Azərbaycanda hər bir vətəndaşa şəxsiyyət vəsiqəsilə 20 min manat ekvivalentində (11 min 750 dollar) xarici valyuta satışı həyata keçirilir.
Limiti aşan vətəndaşlara bildirilmişdi ki, 1 il (12 ay) ərzində bu limiti keçənlərə banklar tərəfindən xarici valyuta satışı həyata keçirilməyəcək, limit yalnız 12 ay başa çatdıqdan sonra sıfırlanacaqdır.
Xatırladaq ki, banklar qeyri-rəsmi şəkildə vətəndaşlara bildirir ki, məhdudiyyət bankların qərarı deyil, Mərkəzi Bank tərəfindən tapşırılıb. Məqsədin isə ölkədə dollar satışını minimuma endirilməsi göstərilir.
Məsələ ilə bağlı iqtisadçı alim Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında bildirib ki, 2020- ci ilin mart ayından respublika ərazisində banklar tərəfindən valyuta satışında məhdudiyyətlər qoyulub:
“Belə ki, vətəndaşlara artıq şəxsiyyət vəsiqəsiylə onların fin kod qeydiyyata alınmaqla bir il müddətində banklardan müəyyən qədər valyutanın alınmasına icazə verilib. Əslində, bu, manatın məzənnəsinin sabit saxlanmasına hesablanmış addımdır. Belə qərarların əks- effekti daha çox olur. İlk növbədə “qara bazar”ın formalaşmasına münbit şərait yaradir. Belə də faktiki olaraq bu göstərici mövcuddur. Bununla yanaşı, panikanın yaranmasına da səbəb olur”.
İqtisadçı ekspertin sözlərinə görə, belə olduğu halda vətəndaşlar müxtəlif yollarla öz manatlarını müxtəlif valyutalara çevirmək fikrinə düşürlər.
“Ən böyük problem isə ondan ibarətdir ki, bir il keçməyinə baxmayaraq, bəzi vətəndaşlar adından limitin pozulmaması ilə rastlaşırlar. Bu da ondan irəli gəlir ki, mexanizmin hər hansısa bir tənzimləmə qaydaları yoxdur. Hesab edirəm ki, bu, öz növbəsində konkret şəkildə əngəllərə gətirib çıxaracaq. Əngəllərdən ən böyüyü odur ki, artıq faktiki olaraq “qara bazar” valyuta mübadiləsi istiqamətində fəaliyyət göstərir”.
Cebhe.info

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır