Azərbaycanda tanınmış bankir daha bir vəzifədən İSTEFA VERİR - Eldar Mahmudovun yaxınıdır...
Azərbaycanda lisenziyası 2020-ci ilin ilk yarımilliyində ləğv edilən “AGBank” ASC-nin sabiq Müşahidə Şurası sədri daha bir şirkətin rəhbərliyindən istefa verib.
Banker.az-a istinadən xəbər veririk ki, vaxtı ilə bank səhmdarı olan Çingiz Əsədullayevin adı “A-Group Sığorta Şirkəti” ASC-nin Direktorlar Şurasından çıxarılır.
61 yaşlı Çingiz Əsədullayev, Azərbaycanda ən böyük əmlak və avadanlığına sahib olan “AGBank”ın səhmdarı və eləcə də bankın Müşahidə Şurasına rəhbərlik edirdi. O, bu bankın 103.8 milyon manatlıq səhm kapitalını Beynəlxalq Maliyyə Korporasiyasına (IFC), “Kazimir Partners” şirkətinə, Fərzulla Yusufova (AGBank-ın MŞ-nın üzvü), Marçenko Qriqoriyə (Qazaxıstan Mərkəzi Bankının keçmiş sədri, MŞ-nın üzvü), eləcə də 78 minoritar səhmdarla bölüşürdü.
Bununla belə, Çingiz Əsədullayevin adı “A-Group” Sığorta Şirkətinin Direktorlar Şurasında yer alsa da, onun şirkətdə hər hansısa səhm payında sahib olmasına dair heç bir rəsmi məlumat qeyd edilmir. Çünki, bu sığorta şirkətinin 10 milyonluq səhmlərinin 100%-i Sabir Adnayevindir. Sabir Adnayev isə “A-Group”un Direktorlar Şurasının sədridir və hazırda cəmi bir müstəqil üzv – Əfəndiyev Elşən Şaiq oğlundan ibarətdir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır