"Azər Türk Bank”da kəskin kiçilmə
"Azər Türk Bank” 2021-ci ilin 1-ci rübünə ciddi azalmalarla start verib. Belə ki, bankın cəmi aktivləri, kredit portfeli, öhdəlikləri, depozit portfeli və s. göstərcilərində kəskin azalmalar olub. 2020-ci ilin 1-ci rübü ilə müqayisədə bankın cəmi aktivləri 7 milyon 224 min manat azalaraq 330 milyon 979 min manata enib. Bunun əsas səbəbi bankın kredit portfelində ciddi azalmaların olmasıdır. Belə ki, bankın istehlak kreditləri 10 milyon 751 min manat və ya 19,7%, biznes kreditləri isə14 milyon 492 min manat və ya 34,5% azalıb. Dövlət bankının ipoteka kreditləri 17 milyon 885 min manat artaraq 91 milyon 184 min manata yüksəlib. Buna baxmayaraq bankın xalis kreditləri 6 milyon 537 min manat azalaraq 155 milyon 110 min manata düşüb.
Valyuta.Az bankın hesabatına istinadən xəbər verir ki, dövlət bankının cəmi öhdəlikləri 1 il ərzində 7 milyon 937 min manat və ya 2,8% azalaraq 274 milyon 226 min manatadək kiçilib. Bu kiçilmənin əsas səbəbi müştərilərin bankda olan depozitlərinin azalmasıdır. Belə ki, müştərilər 1 il ərzində bankda olan 29 milyon 111 min manatlıq əmanətlərini geri götürüblər. Bu isə depozit portfelinin 15,4%-ni təşkil edir.
Fiziki şəxsləri banka əmanət yerləşdirməyə dəvət edə bilən dövlətin zəif bankı hüquqi müştərilərində geriləmə yaşayıb. Hüquqi müştərilərin bankdakı əmanətlərinin həcmi 2020-ci ilin ilk rübü ilə müqayisədə 32 milyon 359 min manat və ya 27,2% azalaraq 86 milyon 383 min manata enib.
“Azər Türk Bank”ın faiz gəlirləri 282 min manat, faiz xərcləri 97 min manat azaldığına görə xalis faiz gəliri 185 min manat azalaraq 3 milyon 539 min manata düşüb. Qeyri-faiz gəlirləri 420 min manat azalan bank, qeyri-faiz xərclərini1 milyon 24 min manat azaldaraq 4 milyon 939 min manata salıb. Nəticədə bankın əməliyyat mənfəəti 419 min manat artaraq 632 min manata çatıb.
Bankın məcmu kapitalı 327 min manat azalaraq 50 milyon 207 min manata düşüb. Buna baxmayaraq bankın xalis mənfəəti 144 min manat artaraq 520 min manata yüksəlib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır