Rüfət Aslanlının bankı kritik durumda - BÖHRAN
Azərbaycanın ən zəif korporativ bankı olan “Bank Avrasiya”nın cari ilin 1-ci rübündə də bazarda ciddi paya sahib olacağı gözlənilmir. Belə ki, sözügedən bank 2020-ci ilin sonunda ciddi itkilərdən sonra bazarın ən zəif korporativ bankı olub. Renkinqlərdən əldə edilən nəticədə bankın bir çox göstəricilərdə rəqiblərindən geri qaldığı bəlli olur.
Valyuta.Az xəbər verir ki, maliyyə bazarının ən zəif halqası olan “Bank Avrasiya” 64 milyon 17 min manatlıq biznes kreditləri ilə, 7 milyon 496 min manatlıq istehlak krediti ilə, 44 milyon 028 min manatlıq depozit portfeli ilə, 97 milyon 989 min manatlıq xalis kreditləri ilə, 88 milyon 556 min manatlıq cəmi öhdəlik və digər maliyyə maddələrində ən son sırada qərarlaşıb.
Sabiq məmur Rüfət Aslanlıya məxsus bankın rəqiblərindən bu qədər geridə qalması “Bank Avrasiya”nın gələcəyinin parlaq olmamasından xəbər verir. 1 il ərzində xalis mənfəətindən 4 milyon 130 manat itirən bank 331 min manatlıq mənfəət vergisi ödəyib. Bundan sonra isə onun xalis mənfəəti 1 milyon 226 min manata enib.
Qeyd edək ki, “Bank Avrasiya”nın müşahidə şurasının sədri Fuad Aslanov Rüfət Aslanlının kiçik qardaşıdır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır