XalqXəbər.Az

XalqXeber.Az » İqtisadiyyat » "Kapitalbank" istehlakçı hüquqlarını pozmasını Mərkəzi Banka bağlayır... - NARAZILIQ!

"Kapitalbank" istehlakçı hüquqlarını pozmasını Mərkəzi Banka bağlayır... - NARAZILIQ!

"Kapitalbank" istehlakçı hüquqlarını pozmasını Mərkəzi Banka bağlayır... - NARAZILIQ!
8-04-2021, 15:32

 "Bankların bütün sahələrdə istehlakçı hüquqlarını pozması, hətta adi valyuta dəyişmə əməliyyatına qadağa qoymaları 13 aydır daha intensiv xarakter alıb. Təsəvvür edin, 300 dollar valyuta dəyişmək üçün Mərkəzi Bankın 2 saatdan da çox icazəsini gözləməli olursan. Nə var -nə var, 10 mart 2020-ci il tarixindən valyuta dəyişiləcəyi ana qədər 20 000 AZN valyuta mübadiləsi edən müştərilər növbəti dəfə mübadilə edəcəyi məbləğin mənbəyini təsdiq edən sənəd təqdim etməlidirlər. Fikir verirsinizsə, çox absurd və özəlliklə adi vətəndaşların hüquqlarına qadağa qoyan qərardır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Əvvəla, bu qərar 2020-ci ildə verildiyindən artıq bir il başa çatıb. Belə çıxır, bu absurd qərar 2021-ci ilin martından sonraya da aiddir və növbəti illərdə də davam edəcək? İkincisi, vətəndaşın bundan sonrakı bütün yaşamı boyu 20 min manatdan artıq valyuta dəyişməsinə qadağa qoyulması həm özbaşınalıqdır, həm istehlakçı hüquqlarının kobud pozuntusudur, həm də ölkədə sosial-iqtisadi inkişafın olmadığına işarədir. Yəni Azərbaycan vətəndaşı o qədər kasıbdır ki, yaşamı boyu 20 min manatdan artıq gəlir əldə edə bilməz?! Maraqlıdır, məmur -oliqarxlardan qanuni gəlir deklarasiyası tələb olunmur, amma sıradan vətəndaşdan bank gəlir deklarasiyası tələb edir? Özü də cəmi 300-500 dollar dəyişməyə görə? Özü də deklarasiyanın Mərkəzi Bankda 2 saatdan da artıq çəkən təsdiqindən sonra dəyişməyə icazə verilir? !

Respublikadan kənarda müalicəyə öz hesabına getməyə məcbur olan Qarabağ qazisinin 2 aydan bir ortalıq 500 dollar valyuta əldə etməsinə , limitin bir illik müddəti bitməsinə baxmayaraq, qadağa qoyulub. Bu gün(lərdə) Kapitalbankın Nizami filialı Mərkəzi Bankın limit müddətini dəyişmədiyini, yeni qərar qəbul etmədiyini bildirib və valyuta dəyişməkdən imtina edib. Filialın sədri və valyuta dəyişən heyəti valyuta limitini keçənlərə icazəsiz valyuta satmağın işini itirmə ilə sonuclanacağını bildirib və Mərkəzi Banka müraciət etməyi məsləhət görüb. Qəribə məntiqdir, müştəri 300 dollar dəyişmək üçün o yekəlikdə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmova ərizə yazmalıdır ! (?) Ərizəsinə də ən çoxu 15 gün, əlavə sənədlər (bank kartlarından çıxarış, kimlik kartı və s.) tələb olunduğundan 30 gün müddətində cavab verilər , ya verilməz, Allah bilir! Bir də gördün, Mərkəzi Bank da digər dövlət qurumları kimi , yazdı ki, keçən ilin qışında cavab verilib. İnanmırsınız, elə dünən Təhsil Nazirliyi elektron poçtuma anonim cavab yazıb ki, sizə 15.01.2020-ci ildə cavab verilib. İndi gəl , bu cavabdan nəsə anla görüm, necə anlayırsan.

Mərkəzi Bankın qanunsuz göstərişi ilə istehlakçı hüquqlarına qadağa qoyan Kapitalbank və Beynəlxalq Bank, yəqin ki, məhkəmədə cavab verməli olacaq. Məhkəmə , Nizami rayon məhkəməsinin hakimi Fikrət Mirzəyev kimi, iddianı it-bata salmasa. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36-cı (“İddiaçının seçməsinə görə aidiyyat”) maddəsinin tələbinə görə, istehlakçının hüququnun müdafiəsi ilə bağlı iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və icra olunduğu yerə görə verilə bilər və işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur.

Bankı da, məhkəməni də seçmək hüququ istehlakçıya məxsus olsa da, hələ ki, hər ikisi istehlakçı hüquqlarını pozmaqdadır..."

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.