Kəmaləddin Heydərovun yüz milyonluq şirkətinə 6 MMC birləşdi
128 milyon 269 min 123 manat 51 manat nizamnamə kapitalına malik “MKT İstehsalat Kommersiya” MMC-yə 6 şirkət birləşib.
“MKT İstehsalat Kommersiya” MMC-nin yenidən təşkil olunması ilə bağlı elan verilib.
Elanda bildirilir ki, “Beynəlxalq Ticarət Mərkəzi” MMC (VÖEN: 1500664901), “MKT-Araz Futbol Klubu” MMC (VÖEN: 5500043301), “LEQNO-İMİŞLİ” ММC (VÖEN:5500033211), “LEQNO-NEFTÇALA” ММC (VÖEN:6500008291), “İMİŞLİ SƏNAYE İNŞAAT” ММC (VÖEN:5500296271) və “İNNOVASİYA FERMER TƏSƏRRÜFATI” ММC (VÖEN:2200242641) “MKT İK” MMC-yə qoşularaq MMC-yə çevrilib.
Mediada yayılan məlumatlara “MKT Istehsalat Kommersiya” MMC-yə qoşulan şirkətlər fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur. “MKT Istehsalat Kommersiya” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 95-dir. Şirkətə qoşulan MMC-lər adıçəkilən hüquqi ünvanda qeydiyyatdan keçiblər.
“MKT Istehsalat Kommersiya” MMC-nin qanuni təmsilçisi Həsənov Rövşən Həsən oğludur. XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır