"Anadolu Jet” aviabileti Kiyevə 40, Tbilisiyə 59, Bakıya 241 dollara satır – Səbəb AZAL-dır
Türk Hava Yollarına məxsus olan aşağıbüdcəli “Anadolu Jet” aviaşirkəti 11 aprel – 31 may 2021-ci il tarixlərində Türkiyədən xarici ölkələrə səfər etmək istəyən şəxslər üçün ucuz bilet satışı elan edib.
Yeniavaz.com xəbər verir ki, “Anadolu Jet” aviaşirkəti 40 dollardan başlayan ucuz biletləri əldə etmək üçün yalnız 3 gün (28-30 mart 2021) vaxt ayırıb.
“Anadolu Jet” aviaşirkəti ayrı-ayrı ölkələr üçün biletlərin qiymətini də açıqlayıb. Siyahıda ən bahalı bilet İstanbul-Bakı və Ankara-Bakı aviareysi üçün nəzərdə tutulub. İstanbul və Ankaradan Bakıya təyyarə ilə gəlmək istəyənlər aviabilet üçün 241 dollar ödəməlidilər.
Müqayisə üçün qeyd edək ki, İstanbuldan qonşu Gürcüstana (Tbilisi) getmək istəyənlər 59 dollar ödəməli olacaqlar. Bundan başqa Ankaradan Rusiyaya (Moskva) aviabiletin qiyməti 104 dollar, Ukraynaya (Kiyev) isə 40 dollar təşkil edir.
Məsələ ilə bağlı “Anadolu Jet”dən Yeniavaz.com-a açıqlama verilib. Bildirilib ki, bilet qiymətləri arasındakı fərq, ölkələrin buna görə tətbiq etdiyi vergidən qaynaqlanır: “Bu kampaniyalar sadəcə bilet qiymətlərini yox, vergiləri də əhatə edir. Bəzi ölkələrin vergisi çox aşağı olduğu halda, bəzi ölkələrin vergiləri çox yüksəkdir. Buna görə də bilet qiymətləri avtomatik olaraq daha yüksək olur. Bilet qiymətlərinə, bilet qiymətləri ilə bağlı dövlətlərarası və AZAL ilə bağlanan müqavilələr də təsir göstərir”.
“Anadolu Jet”in təqdim etdiyi aviabiletlərin qiymətini təqdim edirik:

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır