ABŞ dolları Azərbaycanda da bahalaşacaqmı? - GƏLİŞMƏ
Xəbər verdiyimiz kimi, Türkiyə Mərkəzi Bankının sədrinin istefaya göndərilməsindən sonra ilk birja günündə türk lirəsi dollar qarşısında kəskin ucuzlaşıb.
Dolların məzənnəsi 16%-dən çox bahalaşaraq 7,2 lirədən 8,49 lirəyə yüksəlib. Daha sonra dolların məzənnəsi 8,04 lirəyə enib. Avro ilə bağlı da oxşar proses baş verib. Birjada ticarət başlayan kimi avro 9,74 lirəyə yüksəlib, daha sonra 9,22 lirəyə enib.
Maraqlıdır, Azərbaycanda da dolların bahalaşması gözlənilirmi?
Bununla bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sfera.az-a açıqlamasında qeyd edib ki, Türkiyədə dolların bahalaşmasının Azərbaycana birbaşa təsiri olmayacaq:
"Azərbaycanda məzənnə siyasəti inzibati qaydada tənzimlənir. Amma Türkiyədə baş verən hadisələrin istər-istəməz, psixoloji olsa da, ölkəmizə müəyyən dərəcədə təsirləri olacaq, yəni iqtisadiyyatımızda basqılar yaradacaq. Ən azından Türkiyə məhsullarının Azərbaycana gətirilməsi ilə bağlı müəyyən dərəcədə qiymətlərin dəyişməsinin şahidi olacağıq”.
İqtisadçı məsələnin pozitiv tərəfindən də söz açıb: "Türkiyə məhsullarının Azərbaycan bazarında ucuzlaşmasını gözləmək olar. Amma həmişə Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan kimi qonşu ölkələrdə milli valyutalar dəyərdən düşəndə Azərbaycan manatına da psixoloji təzyiqlər artır”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır