SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » "Muğan Bank”ın lisenziyası ləğv olunacaq? - GƏLİŞMƏ

"Muğan Bank”ın lisenziyası ləğv olunacaq? - GƏLİŞMƏ

Tarix:

16-03-2021, 12:57

/ 1 236 dəfə oxundu.
"Muğan Bank”ın lisenziyası ləğv olunacaq? - GƏLİŞMƏ

"Muğan Bank” 2020-ci ilin 4-cü rübünü heç də ürəkaçan nəticələrlə başa vurmayıb. Bankın əsas maliyyə göstəricilərində ciddi azalmalar müşahidə olunub. Bu azalmalar və ən əsası da bankın məcmu kapitalının normadan çox aşağı olması banka inzibatçı təyin olunmasına və hətta 16.1.6. maddəsi ilə (məcmu kapital minimum miqdarından az olduqda) maliyyə bazarlarına nəzarət orqanı tərəfindən lisenziyası ləğv oluna bilər.
“Kommersant.az” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, “Muğan Bank”ın cəmi aktivləri 1 il ərizndə 69 milyon 930 min manat və ya 10.5% azalaraq 590 milyon 906 min manata düşüb. Bunun əsas səbəbi bankın xalis kreditlərinin 29 milyon 532 min manat və ya 8.2% azalaraq 328 milyon 18 min manata düşüb. Kreditlər bölgüsündə istehlak kreditləri 33 milyon 257 min manat və ya 60.5% azalaraq 21 milon 684 min manata enib. Bankın korporativ bank olduğunu nəzərə almaq istədikdə isə biznes kreditlərinin də 5 milyon 200 min manat azalaraq 203 milyon 202 min manata düşməyini görürük.

“Muğan Bank”ın cəmi kapitalı 1 il ərzində 156 min manat azalaraq 86 milyon 879 min manata düşüb.

MÜŞTƏRİLƏR PULLARINI GERİ ÇƏKİR

“Muğan Bank”ın cəmi öhdəlikləri 69 milyon 773 min manat və ya 12.1% azalaraq 504 milyon 27 min manata enib. Bu azalmanın səbəi isə bankın depozit portfelinin 16.7% əriməsidir. Belə ki, bankın sahib olduğu depozitlər 1 il ərzində 56 miloyn 40 min manat azalaraq 278 milyon 681 min manata enib. Fiziki şəxslərin əmanətlərində 29 milyon 973 min manat və ya 12.5% itirən bankın korporativ bank olduğunu yenidən nəzərə alırıq. Amma yenə də korporativ bankda hüquqi şəxslərin əmanətlərinin 26 milyon 67 min manat və ya 27.3% azalaraq 69 milyon 382 min manata düşüb.

Bankın faiz gəliri 27 milyon 700 min amany, faiz xərcləri isə 19 milyon 781 min manat olduğuna görə bankın xalis faiz gəliri 1 milyon 868 min manat azalaraq 7 milyon 919 min amanata enib. Qeyr-faiz gəlirini 18 milyon 157 manata, qeyri-faiz xərcini isə 28 milyon 295 min manatadək azaldan bankın əməliyyat zərəri 2 milyon 219 min manata yüksəlib.

“Muğan Bank”ın mcəmu kapitalı 10 milyon 182 min manat olub ki, bu da bankın lisenziyasının ləğv olunması üçün əsas amildir.

Qeyd edək ki, Bankın əsas səhmdarı və Müşahidə Şurasının sədri Elmir Vəliyev Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin qızı və eyni bankın digər səhmdarı Vəfa Mehtiyevanın həyat yoldaşıdır.
"Muğan Bank”ın lisenziyası ləğv olunacaq? - GƏLİŞMƏ

Şərhlər

XƏBƏR LENTİ