Sabiq nazirin şirkəti 1 milyonluq tenderin qalibi oldu - İcazə verin, şübhələnək...
Martın 13-əd Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Kommunal Xidmətlər Müəssisəsi MMC nəqliyyat və xüsusi texnikaların satınalınması müsabiqəsinə yekun vurub.
Qaynarinfo.az-a istinadən xəbər veririk ki, məbləği 914 min 302 manat 70 qəpik olan tenderi Improtex Trucks and Buses MMC udub.
Tenderin şərtlərinə görə, MMC üçün 2 ədəd bərk məişət tullantılarının daşınması üçün nəqliyyat vasitəsi alınacaq.
Improtex Trucks and Buse MMC sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova məxsus olan "İmproteks Şirkətlər Qrupu"na aid şirkətlərdəndir.
"İmproteks Şirkətlər Qrupu"na minik və yük avtomobillərinin satışı, türizm, təmir-tikinti və digər sahəli şirkətlər aiddir.
MAN Truck and Bus AG-nin Azərbaycanda rəsmi idxalçısısı olan Improtex Trucks and Buses MMC-nin əsas fəaliyyət sahəsini inşaat avtomobillərinin və texnikasının satışı və satış sonrası xidmətinin göstərilməsi təşkil edir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır